Manatdan rekord bahalaşma

Dollar son 5 ayın ən aşağı səviyyəsinə düşdü.
Azərbaycan manatı və ABŞ dolları
Azərbaycan manatı və ABŞ dolları

ABŞ valyutası dollar Azərbaycanın milli valyutası manat qarşısında kəskin ucuzlaşıb. Azərbaycan Mərkəzi Bankından ANS PRESS-ə verilən məlumata görə, mayın 20-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlanıb.

USD/AZN rəsmi məzənnəsi mayın 20-nə 1,4987 səviyyəsində müəyyən olunub. Bu gün dollar 1,5017 manata bərabər olub.

Neftin qiymətində müşahidə edilən müsbət yöndəki dəyişiklik fonunda ABŞ valyutasının son günlər ucuzlaşması müşahidə edilir. 

Ümumiyyətlə sabaha təyin edilən məzənnə ötən il dekabr ayında manatın ikinci devalvasiyasından sonrakı ən aşağı göstəricidir. Bu il ərzində dollar 1.5017 manat səviyyəsinə düşmüşdü. 

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin 2015-ci il dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.

Bu addım uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə atılıb.

 

Şərhlər