Azərbaycan neftinin qiyməti artmağda davam edir

Dünya bazarında "qara qızıl"ın hasilatı azalıb.
Neft yatağı
Neft yatağı

Dünya neft bazarında Azərbaycan neftinin qiyməti ikinci gündür ki, durmadan artır. ANS PRESS-in məlumatına görə, "AzəriLayt" markalı neftin bir barelinin qiyməti 50.73 dollardır. 

Qiymət artımına səbəb kimi bir neçə amil əsas gətirilib. İranNigeriyada ümumi neft hasilatının aşağı düşməsi neft bazarına təsir edib. Kanada ərazisində baş verən və neft əldə edilən ərazilərə toxunan yanğınlar "qara qızıl"ın bahalaşmasına gətirib çıxarb.

 

Fort Mak-Myurreydə meşə yanğını, Kanada
Fort Mak-Myurreydə meşə yanğını, Kanada

Bir neçə gün öncə OPEC Azərbaycanın neft hasilatını azaltması barədə hesabat yayıb. Azərbaycanda 2016-cı ilin martında gündə 0.84 milyon barel neft hasil edilib. Bu rəqəm yanvar və fevral aylarına nisbətən 10 və 20 min barel azdır.  Hasilat barədə məlumatlar OPEC-in may ayı üçün dərc edilən məruzəsində bildirilir.

Təşkilatın hesablamalarına görə, Azərbaycan 2016-cı ildə neft hasilatını gündə 40 min barel (gündə 0.82 milyon barelə qədər) azaldacaq. Azərbaycanda hasil olunan neftin əsas həcmi "Azəri-Çıraq-Günəşli" yatağının payına düşür. 

BP-nin məlumatına görə, 2015-ci ilin əvvəllərində Azərbaycanda neft ehtiyatlarının təsdiq edilmiş həcmi yeddi milyard barel təşkil edir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 2015-ci ildə 41,69 milyon ton neft və qaz kondensatı çıxardılıb. 

 

Şərhlər