"Qara qızıl"ın qiymətlərində mənfi yöndə dəyişmə müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Layt" markalı xam neftin qiyməti enib. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 46.46 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli 47.56 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə ucuzlaşaraq 49.52 dollara alıcısını tapıb.
Analitiklərin qiymətləndirmələrinə görə, neftin orta qiymətinin 2016-cı ildə bir barelə görə 40-45 dollar olacağı gözlənilirdi. Neftə olan tələbatın artması ilə bərabər ABŞ-ın neft hasilatı azalır. İndiki cüzi artıqlıq dünya bazarında artan neft tələbatını təmin edəcək.
Deməli, qiymətlərin davamlı qalxma dövrü yaxınlaşır. Tələb olunan gəlirləri təmin etmək üçün yeni hasilat layihələrinə sərmayə yatırmaq lazım olacaq", - deyə öz müsahibəsində "Rosneft" şirkətinin rəhbəri İqor Seçin bildirib.
Bu günə olan qiymətli metalların qiymətlərində eniş var. "Bloomberg"in verdiyi məlumata görə, qızılın bir qramının qiyməti ucuzlaşaraq 41.28 dollar olub. Platinin bir qramı 31.42 dollar, palladiumun qramı 10 sent artaraq 17.34 dollar olub. Gümüşün qiyməti də ucuzlaşıb, qramı 56 sentə satılıb.