Azərbaycanlı milyonçu dünyada neft çatışmazlığından danışdı

O, 2-3 ilə neft bazarında defisitin yaranacağını deyib.
Neft buruğu
Neft buruğu

“Dünya neft bazarında defisit 2-3 il sonra yarana bilər”. ANS PRESS-in məlumatına görə, bu sözləri azərbaycanlı milyonçu, "Lukoyl” şirkətin prezidenti Vahid Ələkbərov deyib.

Ələkbərov “Lukoyl” şirkətinin  İraq hökuməti ilə müqavilə bağlamasından da danışıb. O bildirib ki, “Lukoyl” şirkəti  danışıqlara başlamağa hazırdır.

Onun sözlərinə görə, "Lukoyl" şirkəti əvvəlki kimi Arktikada möcud olan yataqlara  iddia edir.

Vahid Ələkbərov ötən gün mətbuata açıqlamasında neftin gələcək qiyməti barədə proqnoz verib. O deyib ki, neftin qiymətinin düşməsi pik həddi keçib. “Mənim fikrimcə, neft hasilatının dondurulması barədə danışıqları bərpa etməyə ehtiyac yoxdur”. 

Vahid Ələkbərov - "Lukoyl" şirkətinin rəhbəri
Vahid Ələkbərov - "Lukoyl" şirkətinin rəhbəri

O, jurnalistlərə açıqlamasında deyib ki, neftin 30 dollardan aşağı düşməsi ehtimalı yoxdur. Şirkət rəhbəri neftinin qiymətinin ədalətli həddini də açıqlayıb. "Bu gün biz düşünür ki, barelə görə ədalətli qiymət 60 dollar civarıdır".

 

Şərhlər