Vahid Ələkbərovdan neft qiymətləri ilə bağlı müsbət proqnoz

Vahid Ələkbərov neftin qiymətindən danışıb.
Vahid Ələkbərov - "Lukoyl" şirkətinin rəhbəri
Vahid Ələkbərov - "Lukoyl" şirkətinin rəhbəri

“Neftin qiymət düşməsi pik həddi keçib. Mənim fikrimcə, neft hasilatının dondurulması barədə danışıqları bərpa etməyə ehtiyac yoxdur”. 

ANS PRESS-in məlumatına görə, bunu azərbaycanlı milyonçu, "Lukoyl"un prezidenti  Vahid Ələkbərov "qara qızıl" barədə proqnozlarını açıqlayarkən bildirib. 

O, jurnalistlərə açıqlamasında deyib ki, neftin 30 dollardan aşağı düşməsi ehtimalı yoxdur. Şirkət rəhbəri neftinin qiymətinin ədalətli həddini də açıqlayıb. "Bu gün biz düşünür ki, barrelə görə ədalətli qiymət 60 dollar civarıdır".

V.Ələkbərov bir neçə dəfə neftin gələcək qiymətləri barədə proqnozlar verib. Bundan əvvəl azərbaycanlı milyonçu növbəti ilin əvvəlinə qədər neftin qiymətinin 50 dollar civarında olacağını demişdi. 

O  bildirmişdi ki, 2017-ci ilin başlanğıcına qədər “qara qızıl”ın qiyməti 50 dollar ətrafında dəyişəcək.

Həmçinin Vahid Ələkbərov ötən ilin dekabrında 2016-cı ildə neftin qiyməti ilə bağlı danışmışdı. O demişdi ki, “qara qızıl”ın qiyməti 42-47 dollar arasında dəyişəcək. V.Ələkbərovun fikrincə, 2017-ci ildə neftin qiyməti artmağa başlayacaq.

 

Şərhlər