Qızılın qiyməti durmadan artır

1 qram qızılın qiyməti 42 dollara yaxınlaşıb.
Qızıl külçələri
Qızıl külçələri

Bu günə olan qiymətli metalların qiymətlərində artım var. "Qara qızıl" ucuzlaşmağa davam etdikcə, qiymətli metallar bahalaşıb. ANS PRESS-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, qızılın bir qramının qiyməti bahalaşaraq 41.84 dollar olub. Platinin bir qramı 31.54 dollar, palladiumun qramı da artaraq 17.24 dollar olub. Gümüşün qiyməti də bahalaşıb, qramı 57 sentə satılıb.

16 iyun üçün qiymətli metalların qiyməti
16 iyun üçün qiymətli metalların qiyməti

"Qara qızıl"ın qiymətlərində mənfi yöndə dəyişmə müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Layt" markalı xam neftin qiyməti enib. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 47.59 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli 48.61 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 50.69 dollarda qalıb.

16 iyun üçün neftin qiymətləri
16 iyun üçün neftin qiymətləri
 

Şərhlər