Neft bazarı yeni iş həftəsinə bahalaşma ilə başladı

Qızıl və digər əlvan metalların qiyməti cüzi dəyişib.
Neft pompası
Neft pompası

Neft bazarında qiymətlər artıb. ANS PRESS-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Brent markalı neftin qiyməti artıb. İCE qitələrarası fond birjasında Brent markalı neftin qiyməti dəyişməyərək 47.84 dollarda qalıb. Layt markalı neftin bareli isə bahalaşaraq 46.23 dollara çatıb. AzəriLayt markalı neftin bareli bahalaşaraq 49.10  dollar olub.

16.05.16 tarixinə olan neftin qiyməti
16.05.16 tarixinə olan neftin qiyməti

Əlvan metalların qiymətində isə cüzi dəyişiklik müşahidə edilir. "Bloomberg"in məlumatına görə, qızılın bir qramının qiyməti 6 sent artaraq 40.93 dollar olub. Platinin bir qramı 0.3 dollar azalaraq 33.79 dollara, palladiumun qramı isə 19,04 dollara satılıb. Gümüşün qiymətində isə dəyşiklik olmayıb - 0,55 dollar.

16.05.16 tarixinə olan əlvan metalların qiyməti
16.05.16 tarixinə olan əlvan metalların qiyməti
 

Şərhlər