Qızılın bir qramı 41 dollardan bahadır

Başqa qiymətli metallar isə ucuzlaşdı.
Qızıl külçələr
Qızıl külçələr

Bu günə olan qiymətli metalların qiymətlərində tərəddüdlü dəyişmə var. ANS PRESS-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, qızılın bir qramının qiyməti bahalaşaraq 41.38 dollar olub. Digər metallarda isə əksinə qiymət azalması olub. Platinin bir qramı ucuzlaşaraq 31.35 dollar, palladiumun da qramı qiymətdə azalaraq 17.28 dollar olub. Gümüşün qiyməti dəyişməyib, qramı 56 sentə alıcılarını tapıb.

15 iyunda qiymətli metalların vəziyyəti
15 iyunda qiymətli metalların vəziyyəti

"Qara qızıl"ın qiymətlərində mənfi yöndə dəyişmə müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Layt" markalı xam neftin qiyməti enib. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 1 dollar azalaraq 47.68 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli 49.01 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 0.28 dollar ucuzlaşaraq 50.69 dollar təşkil edib.

15 iyunda neftin qiymətləri
15 iyunda neftin qiymətləri
 

Şərhlər