Neft bazarında qıtlıq proqnozu

"Rosneft" rəhbəri qıtlığın 3-5 ilə yaranacağını deyib.
Neft platforması
Neft platforması

"Dünya neft bazarı tələb və təklifə görə öz tarazlığını qoruyub saxlasa da 3-5 ildən sonra sərməya çatışmazlığı səbəbindən dünyada "qara qızıl" qıtlığı yarana bilər". ANS PRESS-in məlumatına görə, bunu öz müsahibəsində "Rosneft" şirkətinin rəhbəri İqor Seçin bildirib.

"Analitiklərin qiymətləndirmələrinə görə, neftin orta qiymətinin 2016-cı ildə bir barelə görə 40-45 dollar olacağı gözlənilirdi. Neftə olan tələbatın artması ilə bərabər ABŞ-ın neft hasilatı azalır. İndiki cüzi artıqlıq dünya bazarında artan neft tələbatını təmin edəcək. Deməli, qiymətlərin davamlı qalxma dövrü yaxınlaşır. Tələb olunan gəlirləri təmin etmək üçün yeni hasilat layihələrinə sərmayə yatırmaq lazım olacaq", - deyə Seçin bildirib.

İqor Seçin - "Rosneft"in rəhbəri
İqor Seçin - "Rosneft"in rəhbəri

O həmçinin qeyd edib ki, bütün bunlar neft hasilatının dondurulmamasına rəğmən baş verir.

Seçinin sözlərinə görə, neftin qiymətinin bu il yanvar ayında kəskin düşməsindən sonra neft hasil edən ölkələr hasilatı dondurmaq üçün aktiv danışıqlara başlayıb. O gündən bu yana neftin qiyməti, demək olar ki, 2 dəfə artıb. Hətta 50 dollar səviyyəsinə qədər gəlib çatıb. "Özü də heç bir razılaşma olmadan neftin qiymətinin bu səviyyədə olması bazarda fundamental sabitlikdən xəbər verir. Bundan başqa bazarda vəziyyət analitiklərin gözlədiyi kimi tarazlaşmağa başlayır.

Qıtlığın aradan qaldırılması üçün təcili neft idxalı və ixracı, strateji ehtiyatların hasilatı, aşağı investisiyalar dövrü başlayacaq".

 

Şərhlər