Tramvay Bakıya qayıdır

Bu, “Ağ şəhər” layihəsinin reallaşmasından sonra mümkün olacaq
Bakıda tramvay xətti bərpa ediləcək. Nəqliyyat Nazirliyinin mətbuat kaibliyinin müdiri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, bu, paytaxtda “Ağ şəhər” layihəsi reallaşdıqdan sonra mümkün olacaq. Belə ki, layihə çərçivəsində bulvar boyu tramvay xətti qurulacaq. Amma tramvayın Bakının əsas yol qovşaqlarını əhatə edəcəyi gözlənilmir. Belə ki, əsas yol qovşaqlarından tramvayın keçməsi mümkünsüzdür.

Namiq Həsənov Bakıda tramvayın bərpa edilməsinin həm ekoloji baxımdan, həm də ekzotik görüntü baxımından da maraqlı olacağını bildirib.