"Qara qızıl"ın qiymətlərində mənfi yöndə dəyişmə müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Layt" markalı xam neftin qiyməti enib. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 1 dollar azalaraq 48.48 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli isə 50 dollardan bir qədər ucuz qiymətdə - 49.88 dollarda qərarlaşıb. “AzəriLayt” neftinin qiymətinin dəyişmədiyi bildirilib. Bir bareli 50.97 dollara satılıb.
"Bloomberg"in verdiyi məlumata görə, qızılın bir qramının qiyməti bahalaşaraq 41 dolları keçərək 41.04 dollar olub. Platinin bir qramının qiyməti ucuzlaşaraq 31.72 dollar, palladiumun qramı da qiymətdə azalaraq 17.37 dollar olub. Gümüşün qiyməti dəyişməyib, qramı 56 sentə alıcılarını tapıb.