Qızılın qiyməti qalxdı

Azərbaycan neftinin qiyməti dəyişməz qalıb.
Qızıl külçə
Qızıl külçə

Neft bazarında qiymət dəyişkənliyi olub. ANS PRESS-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Brent və Layt markalı neftin qiyməti artıb. İCE qitələrarası fond birjasında Brent markalı neftin bir bareli 0.61 dollar artaraq 47.84 dollar olub. Layt markalı neftin bareli isə cuzi bahalaşaraq 45.87 dollara çatıb. AzəriLayt markalı neftin bareli isə 2 gündür ki, 48.25  dollar səviyyəsini qoruyur.

Neftin qiyməti 14.05.16
Neftin qiyməti 14.05.16

ABŞ Energetika Nazirliyi 2040-cı ilədək olan dövrü əhatə edən yenilənmiş proqnozunu dərc edib. Nazirlik rəsmisinin verdiyi hesabata görə, 2011-ci ildə 115 dollardan 2015-ci ildə 50 dollara düşən "qara qızıl"ın qiymətinin bir bareli 2040-cı ildə 141 dollar təşkil edəcək. 

Neftin istehlakının sutkalıq həcmi 31 milyon barel təşkil edəcək. "Bloomberg"in əməkdaşı Layem Denninq qeyd edir ki, bu göstərici ABŞ və Çində cari tələbata bərabərdir. 

Tələbin minimal artımı İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının üzvü olmayan Avropa və Avrasiya ölkələrində, o cümlədən Rusiyada gözlənilir. Proqnoza görə, 2040-cı ildə bu göstərici 14% təşkil edəcək. Zəif artımın səbəbi kimi proqnozda regionun əhalisinin sayının azalması və sovet dövründən qalma avadanlığın dəyişdirilməsi göstərilir.

Denninqin fikrincə, tələbata görə proqnozun dəqiqliyi haqda danışmaq asan deyil. O yazır ki, neftə tələbatın artmasına səbəb əsasən də inkişafda olan ölkələrdə əhalinin sayının və onun gəlirlərinin artmasıdır.
Əlvan metalların qiymətində isə cüzi bahalaşma müşahidə edilir. "Bloomberg"in məlumatına görə, qızılın bir qramının qiyməti 10 sent artaraq 40.93 dollar olub. Platinin bir qramı 0.2 dollar artım ilə 33.82 dollara, palladiumun qramı isə 19,06 dollara satılıb. Gümüşün qiymətində isə dəyşiklik olmayıb - 0,55 dollar.

Əlvan metalların qiymətləri 14.05.16
Əlvan metalların qiymətləri 14.05.16
 

Şərhlər