Azərbaycan Dağıstanda sement zavodu tikdirir

Sahibkarlar qonşu ölkənin biznes mərkəzlərinə investisiya yatırmağı düşünür.
Sement zavodu
Sement zavodu

Dağıstanın Mahaçqala və Kaspiysk şəhərləri arasında Azərbaycandan olan investorlarla birgə böyük sement zavodu və ticarət-logistika mərkəzi inşa olunacaq. ANS PRESS-in bildirdiyinə görə, məlumatı Dağıstan prezidenti Ramazan Abdulatipov rəsmi "İntsagram" səhifəsində paylaşıb.

R. Abdulatipovin İnstagram paylaşımı
R. Abdulatipovin İnstagram paylaşımı

İqtisadi inkişaf naziri Şahin Mustafayev və azərbaycanlı sahibkarlar prezident Ramazan Abdulatipov ilə biznes mərkəzində görüşüb. Görüş zamanı Dağıstandakı iqtisadi inkişafın perspektivləri, müxtəlif sahələrə investisiyaların cəlb olunması müzakirə olunub. Sonda Mahaçqala və Kaspiysk şəhərləri arasında Azərbaycandan olan investorlarla birgə iri sement zavodu və ticarət-logistika mərkəzi inşa olunacağı qərarı verilib.

Mahaçqala və Kaspiysk şəhərləri
Mahaçqala və Kaspiysk şəhərləri

Dağıstanın Mahaçqala və Kaspiysk şəhərləri arasında ticarət-logistika mərkəzi 30 hektar ərazini əhatə edəcək. İkinci böyük layihə isə “Dağıstan Sement Kombinatı”nın inşasıdır. Müəssisə ildə 1,8 milyon ton sement istehsal etmək qabiliyyətinə sahib olacaq.

 

Şərhlər