Moskvada miqrantların balıq bazarı bağlandı

"Rospotrebnadzor" qeyri-leqal gecə topdansatış bazarı aşkar edib.
Balıq bazarı
Balıq bazarı

Rusiyanın daha bir iri bazarında reydlər başladı. ANS PRESS-in məlumatına görə, polis əməkdaşları İnsan Sağlamlığı və İstehlakçı haqlarının qorunması idarəsi (“Rospotrebnadzor”) nümayəndələri ilə birgə “yeni” Moskva ərazisində yerləşən qeyri-leqal gecə bazarında yoxlama aparıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk xəbər verib.

Topdansatış bazarında əsasən miqrantlar ucuz qiymətlərə balıq ticarəti ilə məşğul olub. "Aparılan əməliyyat tədbirləri nəticəsində polislər balıq məhsullarının qeyri-leqal topdansatış bazarını aşkarlayıb" - deyə DİN-in rəsmi nümayəndəsi bildirib.

İrina Volk
İrina Volk

Daxili İşlər Nazirliyinin məlumatına görə, aşkar edilmiş bazar "yeni" Moskva ərazisində Moskvanın dairəvi avtomobil yolu (MKAD) yaxınlığında yerləşir.

"Ərazidə iki qanunsuz tikili və məhsulun saxlanılması üçün 30 konteyner aşkarlanıb. Gecə vaxtı bazarda balıq məhsulunun topdansatışı həyata keçirilirdi. Aparılan yoxlama zamanı qanunsuz müəssisənin ərazisində satışla məşğul olan 30-dan çox insan - yaxın xarici sakinlər saxlanılıb", - deyə xəbərdə qeyd olunur.

Əməliyyatda polis əməkdaşları ilə birgə “Rospotrebnadzor” və MOESK nümayəndələri iştirak ediblər. Bazarın fəaliyyəti dayandırılıb. Qeyri- qanuni fəaliyyət göstərən balıq bazarında əsasən azərbaycanlı, tacik və özbəklərin çalışdığı bildirilir. 

 

Şərhlər