Rusiya Ermənistanın qazını kəsdi

Ermənilərin qazı Gürcüstanda aparılacaq təmirə görə kəsilib.
"Qazprom" şirkətinin əməkdaşı
"Qazprom" şirkətinin əməkdaşı

Ermənistan əhalisi bir ay ərzində Rusiya qazından istifadə edə bilməyəcək. ANS PRESS-in məlumatına görə, bu barədə "Qazprom Ermənistan" şirkəti rəsmi xəbər yayıb. Qazın verilişində fasilənin yaranmasına səbəb isə magistral qaz kəmərində təmir işlərinin aparılmasıdır.

Təmir işlərinin 10 iyuldan 10 avqusta qədər aparılması nəzərdə tutulub.

Gürcüstanın ərazisində "Kazax-Saquramo" magistral qaz kəmərində kranların əvəzlənməsi və sürüşmə baş verən ərazidə bərpa edilən hissənin yenidən birləşdirilməsi işi aparılacaq.

Bu müddət ərzində Ermənistan əhalisinin qaz təminatı yeraltı anbarlarda saxlanılan “mavi yanacaq” hesabına təmin ediləcək. 

Ermənistanın qaz bazarı tamamilə Rusiyanın nəzarəti altındadır. 2014-cü ildə Ermənistan hökuməti “ArmRosqazprom” şirkətindəki sonuncu 20 faiz payını "Qazprom"a satıb.

Həmin vaxtdan etibarən “ArmRosqazprom” “Qazprom Armeniya” adlandırılır. 

 

Şərhlər