Neft qiymətləri ucuzlaşmağa başladı

Əlvan metalın qiymətində cüzi bahalaşma qeydə alınıb.
Neft daşları
Neft daşları

Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşmağa başlayıb. ANS PRESS-in məlumatına görə, hazırda dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti ucuzlaşaraq 40.34 dollara düşüb.

“WTI” markalı neftin qiymətində də ucuzlaşma qeydə alınıb. Ötən gün səhər 38.21 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 38.13 dollar müəyyən olunub. 

Həmçinin ötən gün “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti də 0,22 dollar bahalaşaraq 40,57 dollar təşkil edib.

Dünya bazarında 11.03.16 tarixində neftin qiyməti
Dünya bazarında 11.03.16 tarixində neftin qiyməti

Əlvan metalların qiymətində bahalaşma müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər bahalaşaraq 40,88 dollar olub. Platinin 1 qramı 31.79 dollar, palladiumun 1 qramı isə 18.48 dollar olub. Gümüşün qiyməti cüzi düşüş ilə 1 qram üçün 0.50 dollar müəyyənləşib.

Dünya bazarında 11.03.16 tarixində əlvan metalların qiyməti
Dünya bazarında 11.03.16 tarixində əlvan metalların qiyməti

AMB-dən verilən məlumata görə, 10.03.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,6315 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.7907 manat, Rusiya rublu isə bahalaşaraq 0.0230 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi bahalaşaraq 2.3164 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5635 AZN dəyərində müəyyənləşib.

Valyutanın məzənnəsi
Valyutanın məzənnəsi

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 10.03.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6456 səviyyəsində müəyyən olunub.

 

Şərhlər