Çin iqtisadiyyatının üzərində “qara buludlar” var

Bu ölkənin iqtisadi stimullaşdırma cəhdləri sabit və uzunmüddətli deyil.
İqtisadçı ekspertlər Çin iqtisadiyyatında durğunluq yarandığını bildirirlər. ANS PRESS-in məlumatına görə, bu tendensiya regiona artıq öz mənfi təsirini göstərməyə başlayıb. Avtomobil təkərləri və ehtiyat hissələri istehsalçısı “Kontinental”ın 3-cü rübdə gəlirləri azalıb. Şirkətin maliyyə direktoru Volfqana Şaferin dediyinə görə, Çində maşın istehsalının 3-cü rübdə 5 faiz azalması sifariş həcmlərinin də kiçilməsinə təsir göstərib.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) proqnozlarına görə, gələn il Çinin iqtisadi artım tempi azalaraq 6.5 faizə, növbəti il isə 6.2 faizə düşəcək. Digər tərəfdən Çinin özəl sektora qoyulan investisiyanı qorumaq üçün iqtisadi stimullaşdırma cəhdləri sabit və uzunmüddətli deyil. Oktyabr ayında ölkənin idxal etdiyi məhsulların 18.8 faiz azalması Çin iqtisadiyyatınını “qara buludlarla əhatə” edən digər faktordur.