Rusiya ilə avtomobil daşımalarının sayını artırmaq barədə razılıq əldə edilib

Rusiya ilə anlaşma əldə edildi.
Azərbaycan və Rusiya bayraqları
Azərbaycan və Rusiya bayraqları

Rusiya ilə Azərbaycan arasında nəqliyyat sahəsində aparılan danışıqların gedişatında beynəlxalq yük daşınmalar üçün icazələrin miqdarını artırmaq təklifi dəstəklənib.

ANS PRESS-in məlumatına görə, bu barədə "Rostransnadzor" xəbər verib.

Aparılan danışıqlar zamanı Rusiya və Azərbaycan arasında beynəlxalq yük daşınmalar üçün avtomobil nəqliyyatı miqdarının 5 min ədədə çatdırmaq razılaşdırılıb. Görüş zamanı həmçinin Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin mövcud vəziyyəti və perspektivlər də müzakirə olunub.

Görüş zamanı "Rostransnadzor"un rəis  müavini A.Ç.Axoxov tərəfindən həm də Azərbaycanın beynəlxalq nəqliyyat daşımaları həyata keçirən nəqliyyat vasitələri tərəfindən Rusiya ərazisində yol verilmiş pozuntular barədə də məlumat verilib.    

 

Yük daşıma
Yük daşıma

Görüş zamanı, Azərbaycan-Rusiya dövlət sərhədindən Samur (Azərbaycan Respublikası) – Yaraq-Qazmalar (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi barədə müzakirələr aparılıb. Bu körpünün Azərbaycan və Rusiya arasında beynəlxalq avtomobil daşımalarını təmin edən nəqliyyat sisteminin əsas həlqəsi olduğu vurğulanıb və qeyd edilib ki, yeni körpü keçidi iki ölkə arasında aviomobil daşımalarının asanlaşmasına, məntəqənin  buraxılış qabiliyyətinin, eləcə də yükdaşımaların həcminin artmasına xidmət göstərəcək.

Görüşdə həmçinin Rusiya ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin mövcud vəziyyəti, dəniz limanları və avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın perspektivləri, həmçinin ikitərəfli əlaqələrin digər aspektləri və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb. 

Türkiyə Rusiya qırıcı təyyarəsini vurduqdan sonra Qafqazın nəqliyyat dəhlizlərində canlanma baş verdi. Çünki Rusiya Türkiyə TIR-larını öz ərazisindən Mərkəzi Asiyaya buraxmaqdan imtina etdi. Həmin vaxtdan Türkiyədən Mərkəzi Asiyaya gedən TIR-lar Azərbaycan ərazisindən keçməyə başladı. Tranzit yükdaşımaların inkişaf etdirilməsi üçün isə noyabrın 30-da Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan yük daşınmaları məqsədi ilə konsorsium təsis etmək haqqında qərar qəbul etmişdi.
 

 

Şərhlər