Neftin qiyməti düşdü

Qızılın qiyməti isə durmadan bahalaşır.
Neft buruğu
Neft buruğu

"Qara qızıl"ın qiymətlərində mənfi yöndə dəyişmə müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Brent" markalı xam neftin qiyməti enib. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti ucuzlaşaraq 51.85 dollarda qərarlaşıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 1 dollar azalaraq 50.59 dollar olub. “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0.89 dollar bahalaşaraq 52.37 dollar təşkil edib.

10 iyun üçün neftin qiymətləri
10 iyun üçün neftin qiymətləri

Qızıl ötən günə nisbətən daha baha satılıb. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, qızılın bir qramının qiyməti ardıcıl həftə ərzində bahalaşaraq 41 dollara yaxınlaşıb - 40.82 dollar olub. Platinin bir qramının qiyməti ucuzlaşaraq 32.10 dollar, palladiumun qramı da qiymətdə azalaraq 17.92 dollar olub. Gümüşün qiyməti dəyişməyib, qramı 56 sentə alıcılarını tapıb.

10 iyun üçün qiymətli metalların qiyməti
10 iyun üçün qiymətli metalların qiyməti
 

Şərhlər