"Qara qızıl"ın qiyməti necə olacaq?

Beynəlxalq maliyyə təşkilatı neft ixrac edən ölkələrə tövsiyyələr verdi.
Beynəlxalq Valyuta Fondu
Beynəlxalq Valyuta Fondu

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ilə qədər "Brent" markalı neftin orta illik qiymətinin 51 dolları keçəcəyini hesab edir. Fondun Qafqaz, Mərkəzi AsiyaYaxın Şərq ölkələrinin iqtisadiyyatı və neft bazarındakı mövqeləri haqqındakı proqnozunda belə deyilir.

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, BVF bu ilki (2016) neft qiymətlərinin ortalama 36 ABŞ dolları olacağını deyib. Növbəti ildə bu rəqəmin artaraq 42 dollar olacağını deyən qurum, artıq 2021-ci ildə neftin bir barrelinin qiymətinin 51 dolları keçəcəyini deyib.

"Qafqaz və Mərkəzi Asiyanın böyük neft ixracatçıları (Azərbaycan, Qazaxıstan və s.) da köklü islahatlar keçirməlidir", - deyən BVF, bu ölkələrin maliyyə sisteminə olan nəzarətini artırmaqlarını labüd hesab edib.

Neft qiymətlərinin ucuzlaşması İran körfəzindən neft əldə edən ölkələrin iqtisadiyyatında mənfi əks oluncaq. BVF mütəxəssisləri belə düşünür ki, vəziyyəti sabitləşdirmək və diversifikasiya etmək üçün sözügedən ölkə başçıları xüsusi islahatlar keçirməlidir.

BFV Rusiyada neftin qiymətləri düşdükdən sonra ÜDM-un 1.5 faiz olacağını deyib və proqnoz özünü doğruldub. Növbəti ildə isə bu rəqəmin 1 faizə enəcəyi deyilib.

 

Şərhlər