Dünya bazarlarında bahalaşma davam edir

Əlvan metalların və neftin qiymətləri durmadan artır.
Qiymət paneli
Qiymət paneli

Qiymətli metallar ötən günə nisbətən daha baha satılıb. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, qızılın bir qramının qiyməti ardıcıl 4 gündür ki, bahalaşaraq 40.68 dollara çatıb. Platinin də bir qramının qiyməti artaraq 32.41 dollar, palladiumun qramı isə 18 dolları keçərək 18.08 dollar olub. Gümüşün qiyməti artıb, qramı 56 sentə alıcılarını tapıb.

Qiymətli metalların 09.06.2016 tarixinə olan qiyməti
Qiymətli metalların 09.06.2016 tarixinə olan qiyməti

"Qara qızıl"ın qiymətlərində müsbət yöndə dəyişim müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti qalxıb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti bahalaşaraq 52.78 dollarda qərarlaşıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 51.59 dollar olub. “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0,75 dollar bahalaşaraq 51.48 dollar təşkil edib.

Neftin 09.06.2016 tarixinə olan qiymətləri
Neftin 09.06.2016 tarixinə olan qiymətləri
 

Şərhlər