Neftin qiyməti ucuzlaşdı

Azərbaycan nefti 48 dollardan bir qədər artıq qiymətə satılıb.
Neft buruqları
Neft buruqları

"Qara qızıl"ın qiymətlərində də cuzi ucuzlaşma müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin bir bareli 45.52 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli də 1 dollar azalaraq 46.88 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 0.28 dollar ucuzlaşaraq 48.02 dollar təşkil edib.

08.07.2016 tarixinə olan neftin qiymətləri
08.07.2016 tarixinə olan neftin qiymətləri

Qiymətli metalların bu günə olan qiymətləri mənfi yöndə dəyişib. Qızılın bir qramının qiyməti ardıcıl 4 günlük  bahalaşmadan sonra 1 dollar ucuzlaşaraq 43.61 dollara düşüb. Platinin bir qramı 35 dollardan bir qədər aşağı - 34.85 dollar, palladiumun qramı 19.60 dollar təşkil edib. Gümüşün bir qramı isə 64 sentə satılıb.

08.07.2016 tarixinə olan qiymətli metalların cədvəli
08.07.2016 tarixinə olan qiymətli metalların cədvəli
 

Şərhlər