"Devalvasiyadan sonra bu sahə rentabelli sahəyə çevrilib" (VİDEO)

Kənd təsərrüfatı naziri Heydər Əsədov ANS TV-də "Hesabat"ın qonağı olub.
Kənd təsərrüfatı naziri Heydər Əsədov ANS TV-nin "Hesabat" verilişində Mir Şahinin qonağı olub. Söhbət zamanı kəndliləri narahat edən əsas məsələlərə, eyni zamanda, qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələlərinə toxunulub.

- Mən istərdim ki, biz ərzaq təhlükəsizliyi ilə bağlı danışaq. Bu, son günlər çox aktual məsələdir. Burda bir teorem var. Bir tərəfdən yerli əhali ərzaqla təmin olunmalıdır, bir növ biz yerli məhsullarla öz bazarımızı təmin etməliyik. Digər tərəfdən isə, post neft periodunda bu çox vacibdir, biz öz məhsullarımızı xarici bazara çıxarmalıyıq ki, valyuta gətirsin. Bu iki xətti necə uzlaşdırırsız?


- Bunların hər ikisinin olması arzu olunan haldır və istənilən dövlətdə hökumətin ən prioritet vəzifələrindən biridir. Daxili bazarı təmin edən hər hansı bir hökumət, təbii ki, rəqabətə davamlı məhsullar yetişdirərək, öz brendini tanıdaraq, dünya bazarına çıxmaq və ölkəsinə valyuta gətirmək azrusundadır, hədəfindədir və daim belə bir niyyəti olur. O ki, qaldı məhsulun özünü təmin etmədən xarici bazara çıxarılması, yaxud daha çox məhsul ixrac edib xaricə daha çox mal çıxarmaq və tənzimlənmə məsələləri dövlətin bir başa funksional vəzfələrinə aiddir. Dövlət əgər istəyirsə daxili bazarı tənzimləsin, bu halda dövlət ixracı stimullaşdırmaya bilər. Hətta özünü təmin etmək üçün ixraca müəyyən kvotalar tətbiq edərək qadağalar qoya bilər və müxtəlif tənzimləmə seqmentləri tətbiq edə bilər.

Amma məhsul kifayət qədər istehsal olunubsa, özünü təmin etdikdən sonra dövlətin ən əsas vəzifələrindən biri onun ixracıdır. Bunun üçün əksər ölkələrdə ixracın hətta stimullaşdırıcı metodlarından istifadə edilir. Bu yaxınlarda cənab prezidentin verdiyi sərəncamda da hökumətə tapşırılıb ki, Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliyi bir ay müddətində ixracatın stimullaşdırılması üçün öz təkliflərini versin. İxracın həddi isə nə qədər maksimal olarsa həmin dövlətin valyuta həcmlərinin eyni həcmdə artması deməkdir.

Diqər məsələ isə bazar təmin olunduğu halda idxalın tənzimlənməsidir. Bu da eyni qaydada, əgər bizdə daxili bazarın tələbinə cavab verən kifayət qədər məhsul istehal edilibsə - və bu gün bu belədir - biz xaricdən gələn məhsuların ölkəyə daxili bazarı qorumaq üçün daxil olmasında tənzimlənmə alətlərindən istifadə etməliyik. Bu günlərdə bu məsələ müzakirə olunacaq. Biz Gömrük Komitəsinin rəhbərliyi ilə, həmçinin İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə görüşmüşük. Artıq biz bir sıra məhsullarla özümüzü təmin edirik. Həmin məhsulların ölkəyə gətirilməsi, bazarın tənzimlənməsində maneələr yarada bilər. Buna görə də biz bazarın qorunması, tənzimlənməsi seqmentlərindən, alətlərindən kvota, sərt nəzarət mexanizmləri, rüsumların tətbiqi metodlarından istifadə etməliyik. Yaxın günlərdə bunun üçün təkliflər veriləcək.

-Bir yandan müasir fermer təsərüfatı sahələri yaranır. Bu yaxşıdır. Əlbəttə məhsul artır, istehsal prosesi sürətlənir ama eyni zamanda avadanlıqlar müasirləşdirliməlidir, inkişafla ayaqlaşdılırlmalıdır və elə texniki vasitələrdən istifadə olunur və olunmalıdır ki, əvvəllər 60 nəfərin çalışdığı yerdə 5 nəfər işləməlidir. Bəs bu iş yerlərinin açılması və azalması prosesi necə tənzimlənir? Bu hansı yolla qaydaya salınır?

-Yeni texnologiyaların tətbiqi, yeni avadanlıqların gətirilməsi bir sahədə iş yerlərinin sayını azaltmaqla yanaşı o sahədə məhsul istehsalını artırmaqla, rəqabətə davamlı məhsulların istehsalını artırmaqla digər sahələrdə iş yerlərinin yaranmsına səbəb olur. Yəni haqqında söhbət etdiyimiz kənd təsərrüfatı məhsullarının istehsalının artırıldığı bir şəraitdə onun emalına şərait yaradır. Yəni artıq onun yanında emal sənaye müəsisələrinə ehtiyac duyulur və bu insanlar artıq yeni iş yerləri ilə təmin olunur.

Yaxud onların həcmi həddən artıq artdığından bu məhsulların ixracı ilə marketingi, bazarlanması ilə və digər işlərlə məşğul olan yeni bir sinflər yaranır ki, bunlar da öz-özlüyündə bütövlükdə götürəndə yeni iş yerləri bir birini kompensasiya etmiş olur və ciddi problemlərin qarşısını alır.

Cənəb prezidentin hal-hazırda apardığı siyasət konsepsiyasında da fikir versəniz sənaye məhəllələrinin yaradılması xüsusi önəm daşıyır ki, yəni bu sahə inkişaf etdikcə azadolmalar digər sahələrdə məşğulluğu təmin edə bilər ki, biz də bu sahədə fəaliyyətimizi davam etdiririk.

-Cənab nazir mənə indi maraqlı görünən bir sual da çıxır ortalığa. İri heyvandarlıq kompleksləri yaradılır. Məsələn elə rayonlarımız var ki, orada 6 min 7 min baş heyvan var. Bu heyvanların yemi, məndə olan məlumata görə xaricdən alınır. Belə olan halda biz nə uduruq? Südü özümüz istehsal edirik, amma yem xaricdən alınır. Olmazmı ki, biz südü xaricdən alardıq. Mətbuatda, kütəvi informasiya vastələrində sələnən sualardan biri elə budur.

-Mən də mətbuatda bu cür suallara rast gəlirəm. Amma eyni məntiqlə yanaşsaq, onda belə çıxır ki, biz şəkər istehsal etməyək, çünki onun komponentlərinin müəyyən hissəsini xaricdən alırıq və yaxud quş əti istehsal etməyək, bu işlərlə məşğul olmayaq bu sahədə də komponentlərin bir hisəsi xaricdən gətirilir.

Əksinə, biz istehsalı davam etdirərək xaricdən alınan komponentlərin azaldılmasını hədəfləmişik.

Cənab prezident regionların inkişafının ikinci ilinin yekunlarına dair çıxışında xüsusilə qeyd etdi ki, biz artıq bir sıra məhsullar üzrə özümüzü təmin etmə səviyyəsinə yaxınlaşırıq. Amma burada problem ondan ibarətdir ki, onların bir çoxunun tərkibində xaricdən alınan komponentlər üstünlük təşkil edir yaxud bu xüsusi çəkiyə malikdir. O, niyyətlə yox ki, bunların tərkibində xarici komponentlər var. Biz artıq hazır məhsul almalıyıq. Bu ən səhv hədəf olardı.

Hədəfimiz həmin məhsulların tərkibində alınan xarici mal komponentlərini azaltmaq sahəsində işlər görməliyik ki, bunu da cənab prezident hər birimizə xüsisi olaraq tapşırıb.

-Prezidentin islahatlar üzrə köməkçisi bu yaxınlarda çıxışında belə bir söz dedi ki, kəndli rayon mərkəzinə gəlir yumurta alır, biz buna yol verməməliyik. Kəndli öz toyuğunun yumurtasını öz həyətindən əldə etməlidir. Bu baxımdan sadəcə olaraq mən sualı bir qədər genişləndirmək istərdim. Kənardan belə bir təsəvvür yaranır ki, vəziyyət doğurdan da belədir. Ənənəvi kənd təsərrüfatı məhsulları sıradan çıxır, məsələn pambıqçılıq, tütünçülük, baramaçılıq. Biz bütün bunları indiki dövrdə bərpa etmək üçün hansı addımları atırıq?

-Bütün bu sadaladığınız məhsullar onların satışı, bazar trendləri, dünya bazarlarında birjalarda meydana gəlir. Bəzən həmin məhsullar ölkə üçün rentabelli, bəzən isə rentabelsiz olur. Pambıq bizdə 1981-ci ildə ən pik nöqtədə olub. 831 min tona yaxın pambıq istehsal olunub və indi dəfələrlə ondan azdır. Amma məsələ budur ki, dünya bazarlarında, bazar trendlərində pambıqın qiyməti getdikcə aşağı düşüb. 2-3 il bundan qabaq 2 min 500 dollara satılan pambıq 2011-ci ildə artıq 1200 -1260 dollara düşüb. Bu da bazarın tələb və təklifinə öz təsirini göstərib.

Bundan başqa məhsulun maya dəyərinin əmələ gəlməsi çox ciddi məsələdir. Azərbaycanda təsərrüfatların çoxu xırda təsərüfatlardır. 1 hektardan 5 hektara qədər sahəsi olan təsərrüfatlarımız ümumi təsərrüfatların 51%-ə yaxınını təşkil edir. Belə təsərüfatlarda tərəqqi texnologiya tətbiq etmək, maya dəyərini aşağı salmaq, geniş aqrotexniki tədbirlər görmək, bazaralamalar aparmaq olduqca çətinləşir və belə xırda təsərrüfatların maya dəyəri çox yüksək olur. Məhsulun rentabelliyinə mənfi təsir göstərir. Ona görə də bu məhsulların hansının hansı ilə əvəz olunmasını daha çox bazar diqtə edir.

Bir il bundan əvvəl - devalvasiyadan qabaq pambıq 1200 dollara satılırdısa onun qarşılığında 0.80 manat ekvivalenti ilə götürsək 960 manat daxil olurdu. Belə desək bir ton pambıqdan 960 dollar əldə edilirdi. Devalvasiyadan sonra eyni məhsula tələb tamamilə dəyişdi. İndi artıq pambıq yenə 1200 dollara satılsa 1900 manat gəlir gətirəcək. Bununla da həm alış qiymətlərini yüksəltmək, həm bu işin dəyərini ödəmək, həm də məhsulu rentabelli məhsula çevirmək imaknı yaranır.

Ona görə də bu situasiyanı nəzərə alaraq, cənab prezident qeyd etdiyim konfransda pambıqçılıq təsərrüfatlarnı yenidən qaytarmaqla bu sahəni artıq devalvasiyadan sonra rentabelli bir sahəyə çevrildiyini qeyd etdi. Biz də bu istiqamətdə cənab prezidentin tapşırığından sonra çox ciddi işlərə başladıq. İqtidsadiyyat naziri ilə biz artıq birgə pambıqçılarla, tədarükçülərlə görüşlərimiz olub və dövlət köməyi, kreditlər və eyni zamanda aqrolizinq vasitəsi ilə texnikaların alınması və onlara müxtəlif köməkliklər göstərərək və eləcə də tədarükçülərin pambığın satış qiymətini qaldırmaqla bu sahənin bu il təxminən məhsulunun iki dəfə artırılmasını hədəfləyirik...

Verilişin tam mətninə video formatda baxa bilərsiniz