Azərbaycanın reytinqi aşağı düşdü

Reytinqin aşağı düşməsinə səbəb kimi əsas faktor neftin qiyməti göstərilir.
Beynəlxalq Moodyʼs Investors Service reytinq agentliyi Azərbaycanın dövlət istiqrazlarının uzun müddətli reytinqini "Ba1"dən "Baa3"-ə qədər aşağı salıb.

ANS PRESS-in məlumatına görə, reytinqin aşağı düşməsinə səbəb kimi əsas faktor neftin qiymətinin aşağı düşməsidir

"Azərbyacanın iqtisadi qüdrətinə təsir edən digər amillər orta müddətli iqtisadi artım perspektivlərinin sürətli pisləşməsi, Azərbaycanın borclarının ödəmə balansı və maliyyə sisteminə artan təzyiqlər, milli valyutaya inamın itiriliməsi, dövlət borcunun göstəricilərinin pisləşməsi göstərilir", - deyə agentlik bildirir.

“Moodyʼs” agentliyi Azərbaycan üçün depozitlərin xarici valyutada nominasiya edilmiş reytinqlərini də aşağı - "Ba1/NP" və "Ba2/NP"dən "Baa3/P-3" və "Baa3/P-3"-ə endirib.

Eynilə milli valyutanın nominasiya edilmiş istiqrazlarının reytinqləri də müvafiq olaraq "Baa3"-dən "Ba1"-ə endirilib.