Bu gün havanın isti və küləkli olması, həmçinin ehtiyatsızlıqdan yerə atılan siqaret kötüyü Şabranda yanğın törədib.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə yerinə FHN-in Şabran Dövlət Yanğın Təhlükəsizliyi hssəsindən 2 yanğınsöndürən maşın və canlı qüvvəsi gəlib.
Nəticədə, ümumilikdə 50 hektar biçilmiş buğda sahəsi və 100 hektar kol-kos olan sahə yanıb. Yanğın rayon ərazisindəki Xaltan qəbiristanlığının ərazisinə də keçib. Qəbiristanlığın ətrafı və daxili yansa da qəbirlərə ziyan dəyməyib. Yanğının səbəbləri araşdırılır.