Qızıl fasiləsiz bahalaşmağa davam edir

Həfrənin əvvəlin qiymətli metallarda dəyər qazanıb.
Qızıldan zinət əşyaları
Qızıldan zinət əşyaları

Qiymətli metalların bu günə olan qiymətləri müsbət yöndə dəyişib. ANS PRESS-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, qızılın bir qramının qiyməti ardıcıl 4 gündür ki, bahalaşaraq 44.10 dollara çatıb. Platinin bir qramı 35 dollardan bir qədər aşağı - 34.97 dollar, palladiumun qramı 19.60 dollar təşkil edib. Gümüşün qiyməti isə dəyişməyib, qramı 66 sentə satılıb

7 iyul üçün qiymətli metalların cədvəli
7 iyul üçün qiymətli metalların cədvəli

Neftin qiymətlərində də cuzi bahalaşma müşahidə olunur. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin bir bareli 47.78 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli də 1 dollar artaraq 49.15 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barrelinin qiymətinin isə dəyişmədiyi və 50,42 dollar olduğu bildirilib.

07.07.2016 tarixinə olan neftin qiymətləri
07.07.2016 tarixinə olan neftin qiymətləri
 

Şərhlər