Qızılın bir qramı 40 dollardan baha satılır

Əlvan metalların qiymətində artım müşahidə olunur
Qızıl
Qızıl

Qiymətli metalların qiymətində bahalaşma var. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, qızılın bir qramının qiyməti 2 gündür ki, bahalaşaraq 40.12 dollara çatıb. Platinin də bir qramının qiyməti artaraq 31.94 dollar, palladiumun qramı isə 17.93 dollar olub. Gümüşün qiyməti olduğu kimi qalıb, qramı 0.53 dollara satılıb.

07.06.2016 tarixinə olan qiymətli metalların qiyməti
07.06.2016 tarixinə olan qiymətli metalların qiyməti

Neftin qiymətlərində cüzi bahalaşma müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti qalxıb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti bahalaşaraq 50.39 dollarda qərarlaşıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 49.58 dollar olub. “AzəriLayt” markalı neftin bir barelinin qiyməti sabit qalıb - 49.97 dollar.

07.06.2016 tarixinə olan neftin qiymətləri
07.06.2016 tarixinə olan neftin qiymətləri
 

Şərhlər