Neftin qiymətində cüzi bahalaşma müşahidə olunur. ANS PRESS-in məlumatına görə, "Brent" markalı neftin qiyməti 51 dolları ötüb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti 0,9% bahalaşaraq 51.05 dollara çatıb.
Məlumata görə, neftin qiyməti son dəfə ötən il oktyabrın 12-də də bu qiymətdə olub.
Ötən gün isə "Bloomberg"in məlumatına görə, "Brent" markalı neftin qiyməti 49.98 dollarda qərarlaşmışdı.
Nyu-York birjasında "Layt" markalı neftin qiyməti 49.03 dollar olub. “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0.35 dollar ucuzlaşaraq 49.97 dollar təşkil edib.