Neftin və dolların bu günə qiyməti

Neftin və əlvan metalın qiymətində bahalaşma müşahidə olunur.
Neft qurğusu
Neft qurğusu

Həftəyə ucuzlaşma ilə başlayan neft qiymətində həftə sonu bahalaşma müşahidə olunur.   ANS PRESS-in məlumatına görə, dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti bir qədər bahalaşaraq hazırda 45,32 dollar olub.

“WTI” markalı neftin qiymətində də cüzi bahalaşma hiss olunur. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 44,66 dollar olub.

Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0,97 dollar bahalaşaraq 46,68 dollar təşkil edib.

Dünya bazarında 07.05.16 tarixində neftin qiyməti
Dünya bazarında 07.05.16 tarixində neftin qiyməti

Əlvan metalların qiymətində cüzi bahalaşma müşahidə edilir. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bir qədər bahalaşaraq 41,61 dollar olub. Platinin 1 qramı 34,72 dollar, palladiumun 1 qramı isə 19,55 dollara çatıb. Gümüşün qiyməti də cüzi bahalaşaraq 1 qram üçün 0,56 dollarda qərarlaşıb.

Əlvan metalın 07.05.2016-cı il tarixə olan qiyməti
Əlvan metalın 07.05.2016-cı il tarixə olan qiyməti

AMB-dən verilən məlumata görə, 06.05.2016-cı il tarixi üçün USD/AZN rəsmi məzənnəsi 1,5100 səviyyəsində müəyyən olunub. Avronun məzənnəsində cüzi ucuzlaşma qeydə alınıb. Avro 1.7220 manat, Rusiya rublu bahalaşaraq 0.0228 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.1866 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.5146 AZN dəyərində müəyyənləşib.

Valyutaların məzənnəsi
Valyutaların məzənnəsi

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 10.05.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5094 səviyyəsində müəyyən olunub.

 

Şərhlər