"Qara qızıl"ın qiyməti artmağa davam etdi

Azərbaycan nefti bazarda qiymət üstünlüyü əldə edib.
Neft kaçalkaları
Neft kaçalkaları

Neftin qiymətlərində cuzi bahalaşma müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə "Layt" neftinin qiyməti artıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin bir bareli 46.76 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli də artaraq 48.15 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 0.31 dollar bahalaşaraq 50,42 dollar təşkil edib.

6 iyula olan neftin qiymətləri
6 iyula olan neftin qiymətləri

Qiymətli metalların bu günə olan qiymətləri müsbət yöndə dəyişib. ANS PRESS-in məlumatına görə, qızılın bir qramının qiyməti ardıcıl 3 gündür ki, bahalaşaraq 44.09 dollara çatıb. Platinin bir qramı 34.53 dollar, palladiumun qramı 19.39 dollar təşkil edib. Gümüşün qiyməti isə artıb, qramı 66 sentə satılıb

Qiymətli metalların 6 iyula olan qiymətləri
Qiymətli metalların 6 iyula olan qiymətləri
 

Şərhlər