"AzərLayt"ın qiyməti dəyişdi

Qızıl və gümüş bahalaşıb.
Neft
Neft

Neftin qiymətlərində cüzi bahalaşma müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, "Brent" markalı neftin qiyməti qalxıb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti bahalaşaraq 49.98 dollarda qərarlaşıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 49.03 dollar olub. “AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 0.35 dollar ucuzlaşaraq 49.97 dollar təşkil edib.

6 iyun 2016-ci il üçün neftin qiymətləri
6 iyun 2016-ci il üçün neftin qiymətləri

Qiymətli metalların qiymətləri də müsbət yöndə dəyişib. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə, qızılın bir qramının qiyməti bahalaşaraq 40.08 dollar, platinin bir qramının qiyməti artaraq 31.73 dollar, palladiumun qramı 17.85 dollar olub. Gümüşün qiyməti də artıb, qramı 0.53 dollara satılıb.

6 iyun 2016-cı il üçün qiymətli metalların qiyməti
6 iyun 2016-cı il üçün qiymətli metalların qiyməti
 

Şərhlər