Qızılın qiymətində gözlənilməz dəyişiklik

Sarı metalın bir qramı 43 dollardan baha olub.
Qızıl
Qızıl

Qiymətli metalların bu günə olan qiymətləri müsbət yöndə dəyişib. ANS PRESS-in məlumatına görə, qızılın bir qramının qiyməti 2 gündür ki, bahalaşaraq 43.25 dollara çatıb. Platinin bir qramı 33.87 dollar, palladiumun qramı 19.14 dollar təşkil edib. Gümüşün qiyməti isə cuzi qalxıb, qramı 64 sentə satılıb.

5 iyul üçün qiymətli metalların cədvəli
5 iyul üçün qiymətli metalların cədvəli

Neftin qiymətlərində ucuzlaşma müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə "Layt" neftinin qiyməti aşağı düşüb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin bir bareli 48.39 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli də ucuzlaşaraq 49.72 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barelinin qiymətinin dəyişmədiyi - 50.11 dollar təşkil etdiyi bildirilib.

5 iyula olan neftin qiymətləri cədvəli
5 iyula olan neftin qiymətləri cədvəli
 

Şərhlər