Neftin qiymətlərində artım müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə "Layt" markalı xam neftin qiyməti yüksəlib. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 49.01 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli də bahalaşaraq 50.43 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barelinin qiyməti 0.45 dollar ucuzlaşaraq 50.11 dollar təşkil edib.
Qiymətli metalların bu günə olan qiymətləri müsbət yöndə dəyişib. ANS PRESS-in məlumatına görə, qızılın bir qramının qiyməti 12 sent bahalaşaraq 43.44 dollar olub. Platinin bir qramı 34.23 dollar, palladiumun qramı 19.71 dollar təşkil edib. Gümüşün qiyməti də qalxıb, qramı 66 sentə satılıb.