"Hesabat"ın qonağı Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı olub

Bankların verdikləri kreditlərin 73 faizi biznes xarakterli olub.
Rüfət Aslanlı - Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri
Rüfət Aslanlı - Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri

Bu gün Azərbaycanın bank sektorunda izafi likvidlik hiss olunur.

Bu barədə ANS TV-nin "Hesabat" verilişində Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı Mir Şahinin suallarını cavablandırarkən bildirib.

“Bütün normalara görə, bankların müxbir hesablarında, kassalarında tələb olunandan 4 qat artıq vəsait var. Əgər banklar o kreditləri vermirsə, deməli, öz mənfəətlərindən imtina edirlər”, - deyə Rüfət Aslanlı vurğulayıb.

Onun sözlərinə görə, kreditlər ödəmə qabiliyyətli, rentabelli layihələrə verilməlidir: “Bu layihələrin gələcəkdə uğurlu olacağına bank təhlilçiləri əmin olmalıdırlar”.

Rüfət  Aslanlı bildirib ki, I rübün yekunlarına görə, bankların verdikləri kreditlərin 73 faizi biznes xarakterli olub, istehlak kreditləri isə yalnız 27 faiz təşkil edib: “Bu kreditlərin bir qismi xarici investorların Azərbaycanın həyata keçirdiyi layihələr çərçivəsində verilmiş və ya bu layihələr əlavə olaraq ödənmiş dövriyyə vəsaitləri ola bilər”. 

Rüfət Aslanlının "Hesabat"a müsahibəsi
Rüfət Aslanlının "Hesabat"a müsahibəsi