"Qara qızıl" 2 gündür ki, ucuzlaşır

Qiymətli metallar isə bahalaşıb.
Neft pompası
Neft pompası

Yeni mövsümün ilk günündə neftin qiymətlərində tərəddüdlər müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla veridiyi məlumata görə, "Brent" markalı neftin qiyməti aşağı düşüb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti azalaraq 49.57 dollara çatıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti isə 64 sent azalarq - 48.78 dollar olub. "AzəriLayt" markalı neftin qiyməti isə 51.55 dollarda qalıb. 

02.06.2016 tarixinə olan neftin qiymətləri
02.06.2016 tarixinə olan neftin qiymətləri

Qiymətli metalların qiymətləri də aşağı düşüb. ANS PRESS-in "Bloomberg"ə istinadla bildirdiyinə görə, qızılın bir qramının qiyməti qalxaraq 39,09 dollar, platinin bir qramının qiyməti artaraq 31.29 dollar, palladiumun qramı 17.61 dollar olub. Gümüşün qiyməti isə dəyişməyib, qramı 0.52 dollara satılıb.

02.06.2016-ya olan qiymətli metalların qiyməti
02.06.2016-ya olan qiymətli metalların qiyməti
 

Şərhlər