Azərbaycan iqtisadiyyatından müsbət gözləntilər

Ölkənin mali vəziyyəti üçün ürəkaçan proqnozlar verilib.
Beynəlxalq Valyuta Fondu
Beynəlxalq Valyuta Fondu

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu 0,6 faiz yaxşılaşdırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Bakıya səfərinin yekunları üzrə BVF-nin hesabatında deyilir. Neftin qiymətinin enməsi və ticarət tərəfdaşlarının iqtisadi sistemlərində məzənnənin ucuzlaşması və zəifləməsi nəticəsində 2015-ci ildə iqtisadi artım 1,1 faizə düşüb. 2016-ci il üçün proqnoz mənfidir (mənfi 2,4 faiz).

Məruzədə deyilir: "2017-ci ildə iqtisadi islahatların başlanılması və qaz hasilatının artırılması ilə əlaqədar Azərbaycan ÜDM-in 2,5-2,75 faiz təşkil edəcək. Struktur islahatların tam proqramın icrası iqtisadi artım potensialını təxminən 4 faizdən 5 faizə qədər artıra bilər".

Məruzədə deyildiyinə görə, Azərbaycan hökuməti xarici çağırışlara cavab olaraq bir sıra addımlar atıb: "Azərbaycanın Mərkəzi bankı üzən məzənnə rejiminə keçib və artan inflyasiyanın müvafiq şəkildə həll olunması üçün 2016-cı ildə faiz dərəcələrini artırıb. Bundan başqa, nazirliklər arasında siyasi koordinasiyanın təkmilləşdirilməsi üçün makroiqtisadi komitə yaradılır".  Azərbaycan hökuməti üçün makroiqtisadi mühitin sabit saxlanmasının vacibliyi bildirilib.

Azərbaycan hakimiyyəti 2017-ci ildə fiskal konsolidasiya yoluna qayıtmaq üçün qeyri-neft sektorundan vergi daxilolmalarının artırılması və səmərəsiz dövlət xərclərinin azaldılması zərurəti ilə razıdır. Hesabatda qeyd olunur ki, siyasətin digər prioritetləri özündə bir neçə illik maliyyə konsolidasiya planının formalaşmasını, vergi sisteminin həyata keçirilməsini və məzənnənin daha çox stabilliyinə nail olmaq üçün pul siyasətinin gücləndirilməsini əks etdirir.

 

Şərhlər