Rusiya bu türk mallarını ölkəyə buraxmır (FOTO)

Qadağa ilə bağlı siyahı hökumətin rəsmi saytında yerləşdirilib.
Rusiya hökuməti Türkiyədən gətirilməsi qadağan edilən kənd təsərrüfatı məhsulunun, xammalın və ərzağın siyahısını dərc edib.

ANS PRESS-in məlumatına görə, qadağa ilə bağlı siyahı hökumətin rəsmi saytında yerləşdirilib.

2016-cı il yanvarın 1-dən Rusiyaya Türkiyənin bir sıra kənd təsərrüfatı məhsulları və xammalı idxal etmək qadağan olunacaq. Siyahıya ət məhsulları (dondurulmuş toyuq, hind toyuğu, balıqlar), təzə və soyudulmuş tərəvəzlər (pomidor, soğan, gül kələm və brokkoli, xiyar və kornişonlar), təzə və qurudulmuş meyvələr (portağallar, mandarinlər, klementina, vilkinq və analoji hibrid sitrus, təzə alma, armud, ərik, şaftalı, nektarin, gavalı , göyəm və giləmeyvələr, həmçinin duz (xörək və denaturatlaşdırılmış duz daxil olmaqla) və natriumun xloridi daxildir.



Bəzi məhsullar, məsələn, limon, iri buynuzlu heyvanların əti, balıq və süd məhsulları isə siyahıya salınmayıb. Məhdudiyyətlər Avrasiya İqtisadi İttifaqının hüququ ilə icazə verilmiş həcmdə şəxsi istifadə üçün idxal edilən mallara aid deyil.

Rusiya prezidenti Vladimir Putin noyabrın 28-də Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Bununla da Türk şirkətlərinə Rusiyada işləmək qadağan olunub. Sənədə əsasən, Türkiyənin yuridiksiyası altında olan təşkilatlar üçün Rusiyada bir sıra işlərin icra edilməsinə məhdudiyyətlər yaradılır.


Suriya-Türkiyə sərhədində təyyarənin vurulması

"Vladimir Putin "Rusiya Federasiyasının milli təhlükəsizliyinin təminatı, Rusiya Federasiyası vətəndaşlarının cinayətkarlardan və başqa qeyri-qanuni hərəkətlərdən müdafiəsi üzrə və Türkiyə Respublikası barəsində xüsusi iqtisadi ölçülərin tətbiqi haqqında" fərman imzalayıb", - deyə Kremlin rəsmi saytı xəbər verilir.


Rusiyanın Türkiyədən aldığı mallar infoqrafikada

Suriya ilə sərhəddə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətləri son günlər daha da soyuyur. Bundan əvvəl, Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib. Rusiya xarici işlər naziri Sergey Lavrov sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır: “Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”.


Türkiyə xəritədə