"AzəriLayt"ın qiyməti 51 dollara çatıb

Xam neft və qiymətli metallar bahalaşıb.
Dollar
Dollar

Neftin qiymətlərində artım müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla verdiyi məlumata görə "Layt" markalı xam neftin qiyməti yüksəlib. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti 48.56 dollar olub. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin bir bareli də bahalaşaraq 50.02 dollarda qərarlaşıb. "AzəriLayt" markalı neftin bir barelinin qiyməti isə 2,40 dollar bahalaşaraq 50,98 dollar təşkil edib.

1 iyulda neftin qiymətləri
1 iyulda neftin qiymətləri

Qiymətli metalların bu günə olan qiymətləri müsbət yöndə dəyişib. ANS PRESS-in məlumatına görə,  qızılın bir qramının qiyməti 30 sent bahalaşaraq 42.76 dollar olub. Platinin bir qramı 33.06 dollar, palladiumun qramı 19.29 dollar təşkil edib. Gümüşün qiyməti də qalxıb, qramı 60 sentə satılıb.

1 iyul üçün qiymətli metalların qiymət cədvəli
1 iyul üçün qiymətli metalların qiymət cədvəli
 

Şərhlər