İlham Əliyev neft-qaz sərgisinin açılışında

Neft və Qaz Sərgisində ABŞ prezidentinin məktubu oxunub.
Neft və qaz sərgisinin açılışı (arxiv)
Neft və qaz sərgisinin açılışı (arxiv)

"Azərbaycan enerji diversifikasiyası sahəsində etibarlı tərəfdaş olaraq qalır”. ANS PRESS-in məlumatına görə, ABŞ dövlət katibinin köməkçisinin müavini Robin Dunnigan Bakıda keçirilən neft-qaz sərgisində Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın məktubunu oxuyub.

Obamanın adından Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə əlaqədar Azərbaycan təbrik edilib. 

“ABŞ Azərbaycanın ən böyük tərəfdaşı olmaqda davam edir”. 

Saat 09:47

Bu gün Bakıda 23-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi başlayıb. Sərginin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edir. 

“Caspian Oil & Gas” layihəsinə Energetika Nazirliyi və SOCAR dəstək verir. Builki sərginin ekspozisiyası çərçivəsində 200-dən çox şirkət bir araya gələrək neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirir.

Bu il Xəzər neft-qaz sərgisində 30 ölkənin 240 şirkəti iştirak edir. Sərgiyə Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland, Polşa, Portuqaliya və digər ölkələrin şirkətləri qatılıb. İtaliya və Almaniya sərgidə öz milli pavilyonlarını təqdim edir. Hər il “Caspian Oil&Gas” iştirakçılarının tərkibinə yeni şirkətlər daxil olur, bu il isə yeni iştirakçılar qismində Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və s. ölkələrin şirkətləri çıxış edir. 

Sərgi 1-4 iyun arasında davam edəcək. 

Bu gün həmçinin 6-cı Xəzər beynəlxalq “Energetika və Alternativ enerji” sərgisi də işə başlayır. 1-4 iyun tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiri olan 6-cı Xəzər beynəlxalq “Energetika və Alternativ enerji” (“Caspian Power 2016”) sərgisi keçiriləcək. Sözügedən sərgi “ITE Group” şirkətinin energetika sahəsi üzrə keçirdiyi tədbirlər portfelinə daxildir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

“Caspian Oil & Gas” sərgisinin loqosu
“Caspian Oil & Gas” sərgisinin loqosu
 

Şərhlər