Yeni mövsümün ilk günündə neftin qiymətlərində tərəddüdlər müşahidə olunur. ANS PRESS-in "Bloomberg"ə istinadla veridiyi məlumata görə, "Brent" markalı neftin qiyməti aşağı düşüb. İCE qitələrarası fond birjasında "Brent" markalı neftin qiyməti azalaraq 49.69 dollara çatıb. Nyu-York Əmlak Birjasında "Layt" markalı neftin qiyməti isə 14 sent artaraq - 48.16 dollar olub. "AzəriLayt" markalı neftin qiyməti də 0,68 dollar bahalaşaraq 51,55 dollara çatıb.
Qiymətli metalların qiymətləri də bahalaşıb. ANS PRESS-in "Bloomberg"ə istinadla bildirdiyinə görə, qızılın bir qramının qiyməti 25 sent qalxaraq 39.25 dollar, platinin bir qramının qiyməti artaraq 31.52 dollar, palladiumun qramı 55 sent artaraq 17.67 dollar olub. Gümüşün qiyməti isə dəyişməyib, qramı 0.52 dollara satılıb.