Az Ru

Donuz ətini yemək niyə qadağan edilib?

Bu heyvanın əti bədxassəli şişin, baş-beyin iltihabı kimi ağır xəstəliyin əmələ gəlməsinə səbəb olur

25.10.2009 11:00
Kateqoriya: Həyat tərzi
Karvan
Baxılıb: 1497

Məqaləmizi Allahın biz insanlara Qurani-Kərimdə olan göstərişləri ilə başlamaq istərdik: «O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və … (yeməyi) qəti haram etmişdir» (surə 2, ayə 173). «Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, … sizə haram edildi…» (surə 5, ayə 3). «Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini… haram buyurmuşdur…» (surə 16, ayə 115).

Çoxları deyir ki, nəyə görə qoyun əti yemək olar, mal olar, toyuq olar, ancaq donuz olmaz, o da heyvandır da! Bəziləri isə donuz ətinin faydalı olduğunu düşünürlər. Onların fikrincə, Məhəmməd Peyğəmbərin (s.ə.s) zamanında soyuducu olmadığından donuz əti tez xarab olurdu. İndi isə bir çoxları bu əti yeyir və onlara heç nə olmur. Lakin gördüyümüz kimi, Qurani-Kərim donuz ətini yeməyi qadağan edir. Sizin üçün də, yəqin, maraqlıdır: Allah nəyə görə donuz ətini yeməyi qadağan edib?

İnsan hər şeydən öncə bunu bilməlidir ki, Allah tərəfindən qoyulan hər bir qadağa yalnız insanın xeyrinədir. Allahın bu qadağasının əsl səbəbini, əlbəttə, yalnız və yalnız Allahın Özü bilir. Ancaq səbəb nə olur-olsun, insanın xeyri üçündür. Allaha, Onun nazil etdiyi Qurana iman gətirən hər bir kəs üçün bu məsələdə zərrə qədər də şəkk-şübhə yoxdur! İlk növbədə, Allah bu qadağa ilə insanın onun göstərişinə əməl edib-etməyəcəyini öyrənir, yəni insanı sınağa çəkir. Allaha imanı olan və Onun buyruğunu rəhbər tutan hər kəs birmənalı olaraq donuz əti yeməkdən çəkinəcək. Niyə? Çünki Allah «yemə!» buyurub. Bu baxımdan da insana baş sındırıb Allahın bu qadağanı nəyə görə etdiyini araşdırmağa dəyməz. Ən doğrusunu Allah bilir! Allah Quranda buyurur: «Biz yer üzündə olanları onun (sakinləri) üçün (və ya onun özünə məxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək» (surə 18, ayə7). Bəlkə də donuz ətini yemək qadağası elə Allahın ən böyük sınaqlarından biridir…

Donuz əti xeyirlidir?

Allahın qadağa qoyduğu donuz barədə tarixən saysız-hesabsız araşdırmalar aparılıb. Onu da qeyd etmək lazımdır ki, donuzu yemək qadağası İncildə də yer alır. Bir çoxları bundan xəbərsiz olsalar da, İncildə aşkar şəkildə donuz əti yemək qadağan edilib: «Lakin gövşəyən, yaxud qoşadırnaqlı heyvanlar içində bunları yeməyin: …Donuz, çünki o qoşadırnaqlı olsa da, gövşəmir, buna görə də sizin üçün haramdır. Onların nə ətini yeyin, nə də leşinə toxunun, onlar sizin üçün haramdır» (İncil. Levililər - fəsil 11: 4, 7-8).

Bir sıra elmi tədqiqatların nəticələri göstərmişdir ki, donuz ətinin insan orqanizmi üçün çox böyük zərəri var. Buna baxmayaraq insanlar yenə də bu ətdən istifadə edirlər. Alimlər bildirirlər ki, donuz əti yeyən insan trixinelloz xəstəliyinə yoluxa bilər. Bu xəstəliyin törədiciləri donuzun orqanizmindəki «trixinella» parazitidir. Yoluxmuş donuz əti ilə qidalanmadan 2-3 həftə sonra trixinelloz xəstəliyi baş qaldırır. Adıçəkilən parazitləri ətdə, demək olar, məhv etmək mümkün deyil. Yüksək və aşağı temperatur onlara təsir elə bilmir. Bu baxımdan da bir çoxlarının «o zaman soyuducu olmayıb» kimi iddiaları yersiz görünür. Soyuducu və refrijeratorlar belə bu problemin qarşısında acizdir.

Donuz əti yemək bədxassəli şişin əmələ gəlməsinə səbəb olur
Donuz orqanizmində başqa viruslar da yaşayır. Ensefalit (baş-beyin iltihabı) kimi ağır bir xəstəliyin virusları donuzdan qansoran həşəratlar vasitəsilə insanlara yoluxur. Ensefalit iflic, udma və tənəffüs proseslərinin pozğunluğu, psixikanın pozulması, bəzən isə hətta ölümlə də nəticələnə bilər. Hətta alimlərin qənaətinə görə, piyli donuz hüceyrələri mədə şirəsində həzm olunmur, yad cism kimi insan orqanizmində qalaraq, sonradan bədxassəli şişin yaranmasına səbəb olur. Özü də nəzərə almaq lazımdır ki, donuz ətinin zərəri dərhal deyil, müəyyən bir vaxt keçdikdən sonra özünü göstərə bilər.

Bizə ancaq tibb elminin üzə çıxardığı zərərlər məlumdur. Özü də bugünkü elmə məlum olan çərçivədə. Ancaq Allah daha yaxşı bilir, donuz ətinin istifadəsi daha neçə-neçə mənfi nəticələrə səbəb ola bilər. Sadəcə, əgər insan Allaha inanırsa, Ona etibar edirsə, Onu özünə dost bilirsə, onda Onun göstərişlərinə də inanıb əməl etməlidir. Tam əmin olaraq ki, bu onun xeyrinədir! Çünki Allah insanıları sevir və onların ziyan görməsini istəməz. Ən doğrusunu Allah bilir!..
Xəbər lenti

Bayram namazının vaxtı açıqlandı

Prezident təqaüdünə namizədlərin siyahısı PA-ya verilib

İnquşetiyada azərbaycanlı iş adamlarını gözləyirlər

Semnebi Azərbaycana gəlir

"Təkbuynuz" sahibini məşhur etdi

Opera və Balet Teatrının yaradıcı heyəti səfərə hazırlaşır

Məhəmməd Əlinin heç yerdə göstərilməyən şəkilləri

VHP və DİP seçki bloku yaradacaq

“Azərbaycan Rusiyaya qaz ixracını 2 mlrd. kubmetrə çatdıracaq”

Tacikistanda terror aktı: 8 ölü, 35 yaralı

Borbikoni: "Azərbaycana getməyə o qədər də meylli deyildim..."

Azərbaycan Ordusunda daha bir itki

Dünyanın ən hündür bayrağına nə olub?

Məşqçinin yetirməsi ilə qəribə mərci

Maykl Duqlas xərçənglə mübarizə aparır

Norveç şahzadəsi azərbaycanlıların tədbirində iştirak edəcək

İki yaşlı uşaq siqareti atdı

Pele əbədi olaraq "Marakana"ya dönür

Advokat futbolçulara xanımları ilə görüşməyi qadağan etdi

"Rusiya-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxdı"

Bakıda İrana qarşı aksiya keçirilib

Türkiyə çempionu "M.Y."dan üstün oldu

İftar menyusu

Qvardiola ilə Mourinyo üz-üzə gəldi

Azərbaycan və Rusiya enerji sammitinin keçirilməsi haqqında razılığa gəlib

Medvedev BDU-nun fəxri doktoru oldu

"Sabiranə"

Azərbaycan xalçaları Rusiyanın birinci xanımını valeh edib

“Xəzəryanı ölkələrin Bakı sammitinə hazırlıq üçün maneə yoxdur”

Mingəçevirdə 7 avtomobil toqquşdu

“Rusiya-Azərbayсan tiсarət dövriyyəsi ziyan çəkib”

Azərbaycan və Rusiyanın birinci xanımları Müasir İncəsənət Muzeyində olublar

Bakıya ən güclü karateçilər gəlir

“Rusiya Qarabağ münaqişəsi ilə bağlı səylərini davam etdirir"

Etilen-polietilen zavodunda FHN-nin qüvvələri ilə birlikdə təlim keçirilib

Medvedev Azərbaycana təşəkkür edib

“Rus-erməni hərbi müqaviləsi prinsipial əhəmiyyət daşımır”

"Buta" filminin çəkilişləri başa çatıb

Ermənistan Türkiyəyə ət ixrac edəcək?

Oğuz sahibkarlarına 500 min manatlıq kredit verilib

Elektriklə balıq tutan Gəncə sakini özünü öldürdü

Ramanada bədbəxt hadisə

İlham Əliyevdən Rusiya prezidentinə jest

Brilliant Dadaşova: "Paxıllara qarşı immunitet məndə çoxdan yaranıb"

"Çingiz çini"

“Təmiz hava” aylığı başa çatdı

“Bakı” UEFA-nın qərarına münasibət bildirdi

Bakıda 3 kişi bir qadına qarşı zorakılıq edib

Azərbaycan və Rusiya arasında 3 sənəd imzalanıb

Daha bir duz müəssisəsində istehsal dayandırıldı

Mingəçevirdə qanlı olay

Bakıda kafe partlayıb

Prezident maşınları

"Muğan" Pandevi heyətinə qatdı

Birləşmiş Ştatlar ordusu Əfqanıstanda qalacaq

Bakıda əsən külək gecə mülayimləşəcək

Rus Dram Teatrı bu il 90 illik yubileyini qeyd edəcək

İsrailin Bakıdakı səfirliyi qarşısında aksiyaya cəhd olub

Əfsanəvi idmançı haqda film çəkilib

Avqustda milli domenlərin sayı azalıb

Əliyev və Medvedevin təkbətək görüşü başlayıb

“TuranBank” veb saytını yeniləyib

70 000-ci plastik kart

Lənkərandakı insident şəxsi mübahisə zəminində baş verib

Bekhem yaşıl meydanlara dönür

Həmyerlimiz “Beşiktaş”ın oyununda

Bu gün Rusiya prezidenti rəsmi qarşılanıb

Bakıda “Range Rover” qəza törətdi, ölən var

"Şrek" balığı

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyəyə gəlir

Bakıda növbəti caz axşamı

İtaliyada çıxış etmiş idmançı ölkəmizdə

Ermənilərin Van pişiyi iddiası

Qazaxıstan – Türkiyə matçı canlı yayımlanacaq

“VİSA günləri”nin sonuncu tirajı keçirib

ARDNŞ avqustda Novorossiysk limanından 214 274 ton neft ixrac edib

İran Yaponiyanın “qara siyahı”sına düşdü

“Dünya ədəbiyyatı kitabxanası”nın abunəçilərinin sayı 1000-i keçib

İsrail və Fələstin razılığa gəlib

ARDNŞ avqustda 18 261 ton benzin ixrac edib

UEFA-dan Azərbaycana qarşı haqsızlıq

Rusiyadakı yanğınlar Medvedevi narahat edib

Ermənilər 3 istiqamətdə atəşkəsi pozub

Meksika körfəzində neft platformasında partlayış baş verib

Bu gün xalq artisti Yaşar Nurinin doğum günüdür

“Mavi Mərmərə”də xeyir iş

Almaniyanın prezidenti uşaq bağçası üçün növbə gözləyir

İcra Hakimiyyətinin şöbə müdirinin oğlu özünü asdı

Ankarada iftar rekordu

Lənkəranda məscid atəşə tutulub

Rusiyada kütləvi yanğınlar: 2 ölü, 14 yaralı

Bakıda dörd nəfər dalaşdı, ölən var

Azərbaycan dövlət sərhədi barədə ilk müqaviləni bu gün Rusiya ilə bağlayacaq

Noyabr-dekabr aylarında Bakıda torpaq sahələri ucuzlaşa bilər

Günün Ramazan təqvimi (3 sentyabr 2010)

Bakı ermənisi Milli Məclisə üzv seçilmək istəyir

Bakıda Dmitri Medvedevin şərəfinə ziyafət verilib

Bayraq meydanı "Ginnesin rekordları" kitabına düşüb

Boksçularımız Çeçenistanda 4 medal qazanıb

Velosipedçilər daha 40 kilometr qət edib

X
Dostuna göndər
E-mail
Sizin adınız
Mətn
X
Səhvi göstər
Mətn
X
Bizimlə əlaqə
Kateqoriya şefi
heyatterzi@anspress.ws
ANSPRESS-in əsas telefonları
+994(12) 510-40-23
+994(12) 510-42-59
Saytda məqaləni yerləşdirə bilərsiz
meqale@anspress.com
Saytda reklam yerləşdirmək üçün
reklam@anspress.ws