"Azərkosmos”: "Azərbaycan peykinin gəliri 650 milyon dollar təşkil edəcək" (MÜSAHİBƏ)
Qurumun PR üzrə meneceri Nigar Mədətli ANS PRESS-ə Yerüstü Peyk İdarəetmə Mərkəzi haqda danışdı

"Azərkosmos” ASC-nin PR üzrə idarəçisi Nigar Mədətli ANS PRESS-in yeni mərkəzlə bağlı suallarını cavablandırıb.
- Əsas Yerüstü Peyk İdarəetme Mərkəzinin (ƏYPİM) tikinti prosesi hansı mərhələdədir və nə vaxt başa çatacaq?
- ƏYPİM-in tikintisinin ilk telekommunikasiya peykinin orbitə buraxılmasından əvvəl (2012-ci ilin sonu) başa çatması və tam istifadəyə verilməsi nəzərdə tutulur.
Hal-hazırda ƏYPİM-də Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalçısı olan ABŞ-ın “Orbital Sciences” şirkəti və Azərbaycanlı mütəxəssislər tərəfindən peykin idarə edilməsi üçün antenalar, texniki cihazlar və digər avadanlıqlar quraşdırılır. Əsas tikinti işləri başa çatmaqda olan ƏYPİM-də mülki işlər də davam etməkdədir.
- Mərkəzin tikilməsində məqsəd nədir?
- "Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi Azərbaycanın telekommunikasiya və müşahidə peyklərinin idarə edilməsi və istismarının həyata keçirilməsi məqsədilə inşa edilir.
- ƏYPİM harada tikilir və ərazisi nə qədərdir?
-Mərkəz Abşeron rayonunun inzibati ərazisində, Bakı-Şamaxı şosesinin 38-ci km-də yerləşir və təxminən 10 hektar sahəni əhatə edir. ƏYPİM-in tərkibinə peykin idarə edilməsi və istismarı üçün tam təchizatlı texniki bina ilə yanaşı, “Azərkosmos” ASC-nin inzibati binası da daxildir.
Mərkəz memar Nəriman İmaməliyevin müəllifi olduğu layihə əsasında inşa edilir. Sözügedən layihə 2011-ci ildə Beynəlxalq Memarlıq Festivalında Memarlar İttifaqının Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunan müsabiqədə 1-ci yer üzrə nominasiyanın qalibi elan edilmiş, xüsusi mükafatla təltif olunub.

-Tikinti işləri hansı şirkətlərlə birgə həyata keçirilir?
-“Azərkosmos” ASC kosmik sahə üzrə inkişaf etmiş təcrübəyə malik ölkələr və şirkətlərlə bir çox sahələrdə təcrübə və informasiya mübadiləsi aparır. ƏYPİM-in tikintisində də xarici ölkələrin bu sahə üzrə təcrübəsindən geniş istifadə olunur.
Mərkəzə yerüstü texniki avadanlıqlar və cihazların quraşdırılmasında Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalçısı olan ABŞ-ın “Orbital Sciences” şirkəti və həmin şirkətin subpodratçı şirkətləri iştirak edir.
-Layihənin ümumi dəyəri nə qədərdir?
-“Azərspace-1” telekommunikasiya peykinin istehsalı və orbitə buraxılması ilə bağlı layihənin dəyəri 250 milyon ABŞ dolları həcmindədir. Layihənin 15% Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına, 85% isə xaricdən alınan kreditlər hesabına həyata keçirilir.
Peykin gəlirlərinin isə istismar müddəti ərzində təqribən 650 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir. “Azərspace-1” peykinin tutumlarının 40%-nin peyk hələ orbitə buraxılmamış uzunmüddətli şərtlər əsasında satılmış olması, o cümlədən peyk texnologiyalarına əsaslanan xidmətlərə yüksək yerli və regional tələbat olması, peykin kommersiya dəyərini yüksəldir, Azərbaycanın gələcək telekommunikasiya və çoxməqsədli peyklərinin mənfəətliliyini artırır.

-Gələcəkdə belə mərkəzdən bölgələrdə də tikilməsi nəzərdə tutulub?
-“Azərkosmos” ASC-nin Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzi Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Nəhəcir adlanan ərazisində yerləşir. Bu mərkəzin inşası üzrə tikinti işləri də nəzərdə tutulmuş qaydada davam etməkdədir. Mərkəzin texniki təchizatı və avadanlıqlarla təmin olunması eyni şəkildə ABŞ-ın “Orbital Sciences” şirkəti tərəfindən həyata keçirilir. Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzin tikintisinin ƏYPİM-lə eyni ərəfədə, peykin orbitə buraxılmasından öncə tamamlanması planlaşdırılır.

-Bu mərkəzin Azərbaycana nə kimi faydası olacaq?
- Peyk layihəsi yalnız informasiya təhlükəsizliyinin təmin edilməsi və xarici ölkələrdən informasiya asılılığın ortadan qaldırılması baxımından deyil, eyni zamanda mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu və innovasiya yönümlü iqtisadiyyatın təşəkkül tapması üçün də böyük əhəmiyyət kəsb edir.
Kosmik fəzadan və peyk xidmətlərindən səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin inkişaf etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” qəbul olunmuşdur. Ölkəmiz üçün yeni sənaye sahəsi olduğu üçün, peyklərin idarə edilməsi və istismarı, kosmik avadanlıqların istehsalı, kosmik məlumatların alınması və emalı üzrə kadr hazırlığı kosmik sənaye potensialının yaradılması üçün xüsusi əhəmiyyət kəsb edir.
2012-ci ilin sonunda ilk telekommunikasiya peykinin, 2013-cü ildə aşağıorbitli peykin, daha sonrakı illərdə isə digər telekommunikasiya peyklərinin orbitə buraxılması hazırda bizi peyk rabitə xidmətlərinin istifadəçisindən təminatçısına çevirərək, eyni zamanda gələcəkdə bu sahə üzrə istehsalçı və beynəlxalq bazarın iştirakçısı qismində çıxış etməyimiz, habelə dünya informasiya məkanına inteqrasiyamız üçün güclü elmi-texniki və iqtisadi zəmin hazırlayır.

-Mərkəzdə işləmək üçün ölkədə kifayət qədər mütəxəssis varmı?
- Peykin idarəsi və istismar edilməsi “Azərkosmos” ASC-də çalışan Azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçiriləcəkdir. Bu mütəxəssislər mütəmadi olaraq xarici ixtisasartırma kurslarında və peykin idarə edilməsi üzrə müxtəlif təlimlərdə iştirak edirlər, texniki hazırlıq səviyyələrini artırmaq üçün iş aparırlar.
Ölkəmizdə kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi ilə əlaqədar elmi potensialın artırılması və ixtisaslı kadr hazırlığının təmin edilməsi məqsədilə, yerli ali təhsil müəssisələrində kosmik sahədə mövcud peşə istiqamətləri üzrə dövlət sifarişli qəbula diqqət artmaqda davam edir.
Belə ki, Nazirlər Kabinetinin 5 aprel 2012-ci il tarixli qərarı ilə texniki və texnoloji ixtisaslar qrupu üzrə bakalavriat səviyyəsində “kosmik texnologiyalar mühəndisliyi”, “kosmik texnika mühəndisliyi”, “kosmik idarəetmə sistemləri mühəndisliyi” ixtisasları, magistratura səviyyəsində isə “kosmik texnika və texnologiya mühəndisliyi” ixtisası yaradılıb.
Ümumiyyətlə, gələcəkdə ölkəmizdə kosmik sənayeyə olan marağın, xüsusilə də mütəxəssislər və yüksək təhsilli kadrlar üçün tələbatın çoxalacağı gözlənilir.
-Azərbaycanın süni peykinin orbitə çıxarılması nə vaxt reallaşacaq?
-Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə ABŞ-ın aparıcı peyk istehsalçısı olan “Orbital Sciences Corporation” şirkəti arasında Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı ilə əlaqədar imzalanmış müqavilənin tələblərinə uyğun olaraq, peykin istehsalı ilə bağlı işlər planlaşdırılmış qaydada həyata keçirilir.
Hal-hazırda “Azərkosmos” ASC-nin bir nəfər əməkdaşı peykin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın “Telesat” məsləhətçi şirkətinin 2 nəfər əməkdaşı ilə birgə peykin istehsalı prosesi ilə yaxından tanış olmaq məqsədilə, “Orbital Sciences Corporation” şirkətinin zavodunda peykin sınaqdan keçirilmə mərhələlərinin izlənilməsində iştirak edir, peykin faydalı yükünün platforma ilə inteqrasiyası prosesinə nəzarət edirlər.
Peykin geostasionar orbitə Fransanın “Arianespace” şirkətinin öz yüksək etibarlılığı ilə seçilən “Ariane-5″ raket daşıyıcısı ilə çıxarılmasına dair müqavilənin şərtləri və tələbləri nəzərdə tutulan qaydada və müddətdə həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq, “Azərkosmos” ASC, “Arianespace” və “Orbital Sciences Corporation” şirkəti arasında mütəmadi görüşlər keçirilir və lazımi danışıqlar aparılır. Raketdaşıyıcının istehsalının planlaşdırılmış tarixdə yekunlaşacağı gözlənilir.
Peykin nəzərdə tutulan tarixdə orbitə çıxarılması istiqamətində lazımi tədbirlər həyata keçirilir və “Azerspace-1” peyki 2012-ci ilin son rübündə Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan geostasionar orbitə çıxarılacaq.
- Adıçəkilən mərkəz neçə nəfərin işlə təmin etməyəimkan verəcək?
- Hazırda “Azərkosmos” ASC-nin əməkdaşlarının sayı 60-dan çoxdur. Ölkəmizdə texnologiya tutumlu sahələrin yeni təşəkkül tapmasına və peyk sənayesinin yaradılması işinə son illərdə başlanılmasına baxmayaraq, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərkosmos” ASC-i işçi heyətinə yüksək ixtisaslı kadrlar cəlb edərək, mütəmadi olaraq onların xaricdə ixtisasartırma məqsədilə müxtəlif təlimlər və kurslarda iştirakını təmin edə bilib. Bununla yanaşı, “Azərkosmos” ASC bir sıra texniki və texnologiya yönümlü ixtisaslar üzrə təcrübəli mütəxəssislərin işə cəlb edilməsinə hər zaman böyük diqqət yetirir və maraqlanan namizədləri əməkdaşlıq etməyə dəvət edir.
ANS-in əməkdaşı Sarkisyanı məğlub etdi
Sarkisyan və Baden-Badenin mavi gecələri
Maradonadan 490 min dollarlıq ittiham
İsa Sadıxov beynəlxalq axtarışa verildi
Hakimiyyət Ermənistanı Rusiyaya satır
İlhamə Quliyevanın yaydığı məlumat yalan çıxdı
Stilist Samir: "Mən gəlin köçürəm"
Azərbaycan həmsədr ölkələrin bəyanatına münasibət bildirdi
Türkiyə futbolçumuzu əlimizdən aldı
24 yaşlı qız özünü dənizə atdı
Azərbaycanda çətinliklə ərsəyə gələn ağaclar yandı
Ankarada polis etirazçılara müdaxilə edib (VİDEO)
Bakı metrosunda dəhşətli anlar
Hacı Əbdül Milli Şura ilə bağlı açıqlamalar verdi
Əli Həsənov müasir siyasi sistemdən yazıb
“Freedom House” Azərbaycanı tənqid edib
Millət vəkilinin adından əxlaqsız dialoq aparılıb
Təhsil naziri ilə görüşmək istəyirsiz?
ANS pulsuz kurslara qəbul elan edir (VİDEO)
Obama, Putin və Olland Qarabağla bağlı qərar veriblər
Məşhur homoseksual müğənni Bakıya gəlir (FOTO)
Ərini bıçaqladı, məsuliyyətdən azad oldu (TƏFƏRRÜAT)
"Unibank" kartları SMS xidmətinə qoşulub
Toğrul Nərimanbəyovun meyiti Azərbaycana gətirilə bilər
Mobil telefonların IMEI kodlarının online qeydiyyatı istifadəyə verilib
Ələt-Astara yolunda dəhşətli anlar (FOTO)
Bakıda özünü çoxmərtəbəli binadan atan qadın öldü
Cərimə və balı öyrənə bilməyən sürücülərin nəzərinə
Ceki Çan hind filmlərində də çəkiləcək
Hindistanda fəlakət: 77 ölü, 100 itkin
Tanınmış pornoulduz hamilə qalmaq istəmədiyini açıqladı
AB ali komissarı Livanda Suriyanı müzakirə edib
“Eurovision-2014”ün baş prodüseri müəyyənləşib
Cennifer Lopez “The 33” filmində
Əfqanıstan "Taliban"la danışıqlara hazırdır
Ərdoğan Fələstin liderləri ilə görüşdü
Mübariz İbrahimovun şəhid olmasından 3 il ötür
Əfqanıstanda ABŞ əsgəri vəfat edib
Koreya Azərbaycana kredit ayıracaq
2.7 milyon ədəd “Jeep” geri çağırılır
Dünyanın ən uzun saqqallı qadını (FOTO)
Məşhur aktyorun dondurmasından ilbiz çıxdı
Türkiyəyə gedən ermənilərin sayı açıqlandı
“Fənərbaxça”da isveçli futbolçu
Samaradakı partlayışda 6.5 min nəfər təxliyə edilib (FOTO)
Daşqın suları dörtmərtəbəli binanı bünövrəsindən sökdü
Karlo Ançelotti PSJ-yə gətirildi
İspaniya yenidən Avropa çempionu oldu
Buddist rahiblərin dəbdəbəli həyatı (VİDEO)
Milli Məclisin deputatı qəzaya uğradı (Eksklüziv)
“Duran adam”ların sayı çoxalır (FOTO)
“Times” meydanında Bred Pitt izdihamı (FOTO)
9 yaşlı məktəblinin alnında “Allah” yazılıb? (VİDEO)
Gezi parkı hadisələri AKP üzvlərinin sayının artırıb
İbrahimbəyov İlham Əliyevin namizədliyini dəstəklədi (FOTO)
Güləşçimiz erməni rəqibinin belini yerə vurdu
Problemlər içində batan Vəndam (VİDEO)
Bred Pitt Ancelina Colidən danışdı
Samarada poliqonda partlayış olub
Abşeron yarımadasında 1 milyondan artıq sakinin su problemi həll olunacaq (FOTO)
Ölkədə kombayn çatışmazlığı yaranıb (VİDEO)
Dünyaca məşhur şirkətlərin nümayəndələri Bakıya gəlir
NATO-nun silahlı qüvvələri Əfqanıstanı tərk edir (VİDEO)
Əhmədinejad yeni seçilmiş prezidentlə görüşdü (VİDEO)
İri kərtənkələ kəndliləri qorxutdu (FOTO)
CHP lideri: "Quldan utanmarıq" (VİDEO)
Sahibkarların işinə qanunsuz müdaxiləni qadağan edən qanun MM-in gündəliyinə salınmadı
Dünyanın ən qəribə 17 insanı (VİDEO)
Oğul analarının himninə çevriləcək mahnı
Tiflisin "Şeytan bazarı" (VIDEO)
Qoyun canavara hücum etdi (FOTO VİDEO)
Toğrul Nərimanbəyov müsəlman adət-ənənələri ilə dəfn ediləcək (VİDEO)
Məşhur aktrisa Ərdoğana "bacıoğlu" deyə müraciət etdi
İtkin düşmüş 38 nəfərin taleyinə aydınlıq gətirildi
Azərbaycanlı aktrisa yeni türk filmində
Ərdoğanın partiyası parçalanacaq? (VİDEO)
Dünyanın ən qısaboylu insanları (FOTO)
İyul ayından uşaqlar peyvənd ediləcək (VİDEO)
Ebru Polat: "Afaq haqqımda yanlış xəbərlər yayıb" (EKSKLÜZİV)





