"Qarabağ" qalib gəldi

30-cu dəqiqədə matç yarımçıq qaldı.
Azərbaycan Premyer Liqasında XI tura start verilib.

ANS PRESS-in məlumatına görə, ilk oyun günündə iki matç başa çatıb, biri yarımçıq qalıb.

Günə "İnter"-"Zirə" oyunu ilə start verilib. Saat Paytaхt klublarının görüşü 0:0 hesabı ilə yekunlaşıb.


"Qəbələ" - "Kəpəz" oyunu

İki saat sonra başlayan "Qəbələ" - "Kəpəz" oyunu 30-cu dəqiqədə dayandırılıb. Buna səbəb güclü duman olub. Oyunun qalan hissəsinə sabah 20:00-da davam etdiriləcək. 30-cu dəqiqəyədək "Kəpəz" Aleksandr Sitnikin vurduğu qolla hesabda irəli olub - 1:0. Günün son oyununda "Qarabağ" son iki turda 4 хal qazanmış AZAL-ı qəbul edib. Oyun ağdamlıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 49-cu dəqiqədə Əfran İsmayılov açıb. 90+3-cü dəqiqədə Raydell Pupon hesabı artırıb.

Tura oktyabrın 2-də keçiriləcək iki oyunla yekun vurulacaq.

Premyer Liqa
2015/16 mövsümü
II dövrə, XI tur

31 oktyabr
İnter - Zirə 0:0

Qəbələ - Kəpəz 0:1
Qol: Aleksandr Sitnik, 2.


Qarabağ - AZAL 2:0
Qol: Əfran İsmayılov, 49. Raydell Pupon, 90+3.