Futbolçunu helikopterlə xəstəxanaya apardılar

Müdafiəçi qapıçısı ilə toqquşma zamanı zədələnib
İngiltərə çempionatının ikinci dəstəsində çıxış edən “Haddepsfild”in oyunçusu Tommi Smit “Lids”ə qarşı oyunda başından ağır xəsarət alıb.

ANS PRESS-in məlumatına görə, o, xəstəxanaya birbaşa meydançaya enən helikopterlə aparılıb.

Müdafiəçi öz komandasının qapıçısı Co Merfi ilə toqquşma zamanı zədələnib. Smit 10 dəqiqə huşsuz vəziyyətdə qalıb.

Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.

“Haddepsfild” oyunu 1:2 hesabı ilə uduzub.