Azərbaycanlı idmançı ABŞ-da “ən yaxşı atlet” oldu (VİDEO)

"Qitənin ən güclü idmançısı seçildiyim üçün çox xoşbəxtəm"
2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi -sərbəst güləşçi Toğrul Əsgərov ABŞ-ın Vaşinqton şəhərində keçirilən Milli Olimpiya Komitələrinin Assosiyasiyasının 20-ci Baş Assambleyasında mükafatlandırılıb.

ANS TV-nin məlumatına görə, sərbəst güləşçimiz 20-ci Milli Olimpiya Komitələrinin Assosiasiyasının Baş Assambleyasında Avropa qitəsi üzrə "ən yaxşı kişi atleti” adına layiq görülüb.

Milli Olimpiya Komitələrinin Assosiasiyası 206 Olimpiya Komitələrini birləşdirən qurumdur ki, hər il adı çəkilən təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərin müzakirəsi ilə yanaşı, Qitə Oyunları üzrə ən yaxşı kişi və qadın idmançıların da mükafatlandırılması keçirilir.


Mükafatlandırma mərasimi

Toğrul Əsgərov özü isə bu sevinci belə bölüşdü:

“Həqiqətəndə çox sevincliyəm. 2015-ci ildə Qitənin ən güclü idmançısı seçildiyim üçün çox xoşbəxtəm. Hamıya öz dərin təşəkkürümü bildirirəm”,