Mourinyo və İbrahimoviç "Qalatasaray"a qarşı

İlk oyun türklərə qarşı
Joze Mourinyo
Joze Mourinyo

İstanbulun "Qalatasaray" komandası "Mançester Yunayted"lə qarşılaşacaq. ANS PRESS-in məlumatına görə, bu yoxlama qarşılaşması "sarı-qırmızılar"ın İsveç və Danimarkada keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində baş tutacaq.

Mourinyonun çalışdırdığı "qırmızı şeytanlar"la "Qalatasaray"ın görüşü iyulun 30-da Bakı vaxtıyla 22:30-da start götürəcək. Tərəflər bir-birini İsveçin Göteborq şəhərində yerləşən "Ullevi" stadionunda sınağa çəkəcəklər.

İyulun 30-da keçiriləcək oyunun anonsu
İyulun 30-da keçiriləcək oyunun anonsu

Son günlər məşhur isveçli futbolçu Zlatan İbrahimoviçin də "Mançester Yunayted"ə keçəcəyi ilə bağlı xəbərlər dolaşır. Bu transfer reallaşsa, İbrahimoviç Mourinyonun rəhbərliyi altında ilk oyununu "Qalatasaray"a qarşı keçirmiş olacaq.

"Mançester Yunayted"in yeni baş məşqçisi Joze Mourinyo artıq heyətdə təmizliklərə başlayıb. Portuqaliyalı mütəxəssis iki ulduzu göndərmək qərarına gəlib. İddialara görə, Mourinyo Xuan Mata və Daley Blindi heyətdə görmək istəmir.

Mütəxəssis rəhbərlikdən hər iki futbolçunun göndərilməsini istəyib. Mourinyo "Mançester Yunayted"in 62,23 milyon avro xərclədiyi futbolçulardan imtina edir.

 

Şərhlər