ANS-in əməkdaşı çempion oldu

Həmidə Rüzgari Kunq Fu-Sanda üzrə ölkə çempionatının qalibi olub.
Həmidə Rüzgari - idmançı
Həmidə Rüzgari - idmançı

ANS-in idmançı əməkdaşı Həmidə Rüzgari Kunq Fu-Sanda üzrə çempion oldu. ANS PRESS-in məlumatına görə, XXIII Respublika Çempionatında 52 kq çəkisində yarışan Rüzgari finalda Sara Musayevaya qalib gələrək çempionluq kubokunu başı üzərinə qaldırıb.

"Ən əsası Qarabağ döyüşündə qələbə qazanaq".

Respublika çempionatı Azərbaycan Kunq Fu-Sanda Federasiyası və Gənclər İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Qazax rayonunda keçirilib. Rüzgari ölkə çempionu olduqdan sonra ANS PRESS-ə danışıb.

“Mənə dəstək olan "Vin Çun” idman klubunun rəhbərliyi Asif Sayadov, Arzuman Rəsulzadə (yeniyetmələrin baş məşqçisi), Urxan Orucov (gənclərdən ibarət komandanın baş məşqçisi) və bütün adını çəkmədiyim idmançılara təşəkkür edirəm. Ümid edirəm ki, Asif müəllimin əziyyətini və mənə etimadını doğrultdum. İnşallah, zəfər xəbərimiz Avropadan, Dünyadan gəlsin. Ən əsası isə Qarabağ döyüşündə qələbə qazanaq”, - deyən zərif cinsin nümayəndəsi şərhini vətənpərvər sözləri ilə tamamlayıb. 

Çində bütün döyüş idman növlərinə Uşu deyilir. Uşunun yüzlərlə döyüş stili var. Kung Fu-Sanda tam kontakt idman növüdür. Yarışda ayaq ilə başa zərbəyə 2 xal verilir, korpusa 1 xal, əli ilə korpusa 1 xal, ayaq ilə bud nahiyyəsinə vurulan zərbə 1 xal ilə qiymətləndirilir.  

 

Şərhlər