Tayson Obamanı döyüşə çağırdı (FOTO)

Boksçu məşhur insanlardan kiminlə rinqdə görüşmək istədiyini açıqlayıb.
Britaniyalı super ağır çəkili boksçu Tayson Fyuri ukraynalı Vladimir Kliçkoya qarşı döyüşdən əvvəl maraqlı açıqlama ilə yadda qalıb.

ANS PRESS-in məlumatına görə, Tayson məşhur insanlardan kiminlə rinqdə görüşmək istədiyini açıqlayıb.

"Mən Vladimir Kliçkoyla arzu etdiyim döyüşə çıxacam. Ondan başqa kiminlə? ABŞ prezidenti Barak Obamayla. Mən onunla çılpaq yumruqlarla qaraçı döyüşü təşkil etmək istəyərdim", - deyə Fyuri bildirib.


Tayson Fyuri - məşhur bpksçu

Noyabrın 25-də britaniyalı ukraynalıyla döyüş üçün özünə rahat əlcəklər seçə bilmədiyindən şikayətlənib. Fyuri həmçinin Kliçkoya əlcəksiz çılpaq yumruqlarla təkbətək döyüş təklif edib. Qeyd edək ki, Tayson Fyuri və dünya çempionu Vladimir Kliçko arasında döyüş bu gün gecə Düsseldorfda olacaq.