Kliçko dünya çempionu titulunu qoruya bilmədi

Ukraynalı və britaniyalı boksçular Düsseldorfda üz-üzə gəliblər.
Ukraynalı boksçu Vladimir Kliçko britaniyalı Tayson Fyuri ilə döyüşdə dünya çempionu titulunu qoruya bilməyib.

ANS PRESS-in məlumatına görə, Almaniyanın Düsseldorf şəhərində keçirilən 12 raundlu çəkişmənin nəticəsində 115-112, 115-112 və 116-111 hesabı ilə 27 yaşlı Fyuri qələbə qazanıb.

25 döyüşdə qələbə qazanan və heç birində məğlub olmayan Fyuri Kliçko ilə döyüşünün yekununda WBA, WBO, IBF İBO-ya görə dünya çempionu kəmərinə sahib olub.

Döyüşdən əvvəl bukmeykerlərin favoriti olan 39 yaşlı Vladimir Kliçko üçün isə bu 11 il ərzində ilk məğlubiyyət olub.


Düsseldorfda keçirilən döyüşdən görüntü


Kliçko ilə döyüşdən əvvəl Fyuri maraqlı açıqlaması ilə yadda qalıb. O Vladimir Kliçkodan başqa ABŞ prezidenti Barak Obama ilə də rinqə çıxmaq arzusunda olduğunu bəyan edib. “Mən onunla çılpaq yumruqlarla qaraçı döyüşü təşkil etmək istəyərdim", - deyə Fyuri bildirib.


Tayson Fyuri döyüşdən sonra