Türkiyə Super Liqasında yeni mövsümün başlama vaxtı açıqlanıb. ANS PRESS-in məlumatına görə, Super Liqa avqustun 19-da start götürəcək.
İlk turun oyunları 19-20-21-22 avqust tarixlərində baş tutacaq. Mövsümün ilk yarısı 16, ikinci yarısı 18 həftə oynanılacaq. I dövrə dekabrın 25-də bitəcək, II yarı 2017-ci ilin 7 yanvarında start götürəcək. Super Liqada mövsüm 21 mayda başa çatacaq. Türkiyə Kubokunun final matçı mayın 28-də keçiriləcək. PTT 1-ci liqada mövsüm avqustun 19-da, 2-ci və 3-cü liqalarda sentyabrın 13-də start götürəcək.
TFF-in Rivadakı binasında baş tutan mərasimdə qurumun və klubların rəsmiləri qatılıb. 2015/16 mövsümündə Super Liqanın qalibi olmuş "Beşiktaş"la Türkiyə Kubokunu qazanmış "Qalatasaray" arasındakı Super Kubok matçı avqustun 13-də Konyada keçiriləcək.